Cəlilabadda 10 yaşlı uşaq yüksək qızdırmadan ölüb.
11 Noyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
12.05.2026, 12:20
Sülhün əleyhinə olanlar ya Nikol Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasa belə, onun alternativlərinin heç biri Azərbaycanın zəfərinə və sülh müqaviləsinə zərbə vura bilməz:
"Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün "müharibə partiyası"nın seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi, İrəvanın da itirilməsi ilə nəticələnər.
Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir. Soyqırımı dövlət siyasətindən çıxaran, "böyük" yox, "real Ermənistan"da yaşamaq istəyənlər ölkələrinin karta, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödəyiblər.
Prezident İlham Əliyevin Qarabağ Zəfəri Ermənistanı imperiya maraqları üçün istismar edən dövlətlərin qurduqları çoxəsrlik əsarətə də son qoyub. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur".
Komitə sədri vurğulayıb ki, indi Azərbaycan ərazisindən Ermənistana neft məhsulları daşınır, xarici yük daşımaların tranziti bərpa olunur:
"İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərindən xarici təzyiqlərə son qoyur".
22:20 / 11 Noyabr 2026
1
22:15 / 11 Noyabr 2026
144
22:11 / 11 Noyabr 2026
51
22:07 / 11 Noyabr 2026
56
22:06 / 11 Noyabr 2026
65
21:59 / 11 Noyabr 2026
88
21:45 / 11 Noyabr 2026
73
21:14 / 11 Noyabr 2026
458
21:08 / 11 Noyabr 2026
322
21:05 / 11 Noyabr 2026
106
20:58 / 11 Noyabr 2026
109
20:49 / 11 Noyabr 2026
553
20:47 / 11 Noyabr 2026
100
20:28 / 11 Noyabr 2026
102
20:22 / 11 Noyabr 2026
122
20:19 / 11 Noyabr 2026
103
20:08 / 11 Noyabr 2026
104
19:57 / 11 Noyabr 2026
555
19:49 / 11 Noyabr 2026
135
19:43 / 11 Noyabr 2026
120
19:33 / 11 Noyabr 2026
146
19:19 / 11 Noyabr 2026
192
19:07 / 11 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.