Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda narkokuryer saxlanıldı

Ucarda narkokuryer saxlanıldı

KRİMİNAL

303

15.05.2024, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb.

Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında  narkokuryerlik etdiyi müəyyən edilib. 

Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.