Qaynar xətt:

(+99450) 247 90 86

4 paytaxtda məxfi İran danışıqları başlayır: ABŞ-dan HƏMLƏ

4 paytaxtda məxfi İran danışıqları başlayır: ABŞ-dan HƏMLƏ

İQTİSADİYYAT

485

12.11.2021, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


ABŞ Dövlət Departamenti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin noyabrın 29-da başlayacaq nüvə danışıqlarından əvvəl koordinasiyanı təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Səudiyyə Ərəbistanı və Bəhreynə səfər edəcəyini açıqlayıb.

Oxu24.com xəbər verir ki, İran üzrə xüsusi nümayəndə dörd paytaxtda məxfi müzakirələri 11-20 noyabr tarixlərində aparacaq.

ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib: “Xüsusi nümayəndə İranın regionda sabitliyi pozan fəaliyyəti və anlaşmaya tam əməl olunması qarşılığında razılaşmaya qarşılıqlı qayıdılması üzrə danışıqların 7-ci raundu da daxil olmaqla, İranla bağlı geniş spektrli narahatlıqların aradan qaldırılması üçün yanaşmalarımızı əlaqələndirəcək”.

İran xarici işlər nazirinin müavini və İranın Vyana danışıqlarına rəhbərlik edən Əli Bakiri Keni noyabrın 3-də sosial media hesabındakı paylaşımda nüvə danışıqlarına noyabrın 29-da başlayacaqlarını bəyan etmişdi./teleqraf/