Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Türkiyədən 119,623 milyon  dollarlıq bu məhsuldan aldı

Azərbaycan Türkiyədən 119,623 milyon  dollarlıq bu məhsuldan aldı

İQTİSADİYYAT

46

09.11.2026, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 119,623 milyon ABŞ dolları dəyərində polad idxal edib.

Oxu24.com  Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,2 % çoxdur.

Oktyabr ayında Türkiyə Azərbaycana 16,062 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

Türkiyənin 10 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,6 % artaraq 14 milyard 081 milyon ABŞ dolları, oktyabrda isə 5,1 % artaraq 1 milyard 353 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox bu məhsulun idxalını Rumıniya 1,103 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 3,2 % az), İtaliya 852 milyon ABŞ dolları (-10,1 %) və Böyük Britanya 798 milyon ABŞ dolları (+60,7 %) dəyərində həyata keçirib.