Bu günün valyuta məzənnələri
28 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
354
08.08.2026, 11:50
Azərbaycanda ad və soyadın dəyişdirilməsi qanunvericiliklə təmin olunan hüquqlardan biridir. Lakin bəzi hallarda belə dəyişikliklərin şəxsin əvvəlki hüquqi öhdəliklərindən yayınmasına imkan yaradıb-yaratmadığı ilə bağlı suallar yaranır.
Bəs adını və ya soyadını dəyişən şəxs əvvəllər götürdüyü kreditlərdən, bağladığı müqavilələrdən və digər hüquqi öhdəliklərdən yayına bilərmi? Qanun bu cür halların qarşısını almaq üçün hansı hüquqi mexanizmləri nəzərdə tutur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Vəfa Qədirova bildirib ki, şəxsin adını və ya soyadını dəyişdirməsi onun əvvəlki adı ilə götürdüyü kreditləri, bağladığı müqavilələri və digər hüquqi öhdəliklərini ləğv etmir. Çünki borc öhdəliyi fiziki şəxsin kimliyinə şamil edilir, onun ad və soyadına deyil.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı var:
“Fiziki şəxsin adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və həmin şəxslərin ad dəyişikliyindən xəbərsiz olmasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı var ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
Bu cür yayınma cəhdlərinin qarşısını alan əsas hüquqi mexanizmlərdən biri unikal və dəyişməz FİN koddur (şəxsi identifikasiya nömrəsi). Kredit tarixçələri və bank sistemləri ad-soyadla deyil, şəxsiyyət vəsiqəsindəki unikal FİN kodu ilə işləyir. Ad-soyad dəyişsə də, həmin kod eyni qalır.
Əvvəlki adla başlanmış məhkəmə və ya icra işləri yeni adla, lakin eyni FİN kodu və pasport məlumatları əsasında problemsiz davam etdirilir. Öhdəlikdən yayınmaq məqsədilə məlumat verməmək və ya qəsdən çaşqınlıq yaratmaq vətəndaşı məsuliyyətdən azad etmir, əksinə, hüquqi prosesləri daha da sərtləşdirir”, - deyə hüquqşünas fikrini tamamlayıb.
01:13 / 29 Oktyabr 2026
7
00:04 / 29 Oktyabr 2026
198
23:58 / 28 Oktyabr 2026
74
23:54 / 28 Oktyabr 2026
21461
23:53 / 28 Oktyabr 2026
168
23:46 / 28 Oktyabr 2026
85
23:33 / 28 Oktyabr 2026
196
23:20 / 28 Oktyabr 2026
138
23:19 / 28 Oktyabr 2026
464
23:14 / 28 Oktyabr 2026
76
23:10 / 28 Oktyabr 2026
97
22:50 / 28 Oktyabr 2026
1076
22:45 / 28 Oktyabr 2026
87
22:37 / 28 Oktyabr 2026
81
22:33 / 28 Oktyabr 2026
81
22:29 / 28 Oktyabr 2026
409
20:59 / 28 Oktyabr 2026
91
20:36 / 28 Oktyabr 2026
114
20:29 / 28 Oktyabr 2026
96
20:26 / 28 Oktyabr 2026
91
20:25 / 28 Oktyabr 2026
79
20:23 / 28 Oktyabr 2026
128
20:20 / 28 Oktyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.