İnstaqramda bu da olacaq
28 Oktyabr 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
386
28.10.2026, 00:10
Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Oxu: Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Bakı ilə bağlı ŞOK XƏBƏRDARLIQ
Deputat həmin layihədən DANIŞIR: Azərbaycan nələr qazanacaq? — AÇIQLAMA
***
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksini tapıb.
Layihəyə əsasn, dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında və sistemlərində aparılan təkmilləşdirilmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları ilə bağlı məlumatlandırılmamasına görə vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur.
Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir. Xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və ya informativ xidmət göstərilməklə zəruri informasiya verilməməsinə görə vəzifəli şəxslər beş yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə olunur. Xidmət istifadəçilərinə dövlət xidmətlərinin göstərilməsindən imtinanın və ya xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası, habelə şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər altı yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda onlara səyyar xidmət göstərilməməsinə görə edilir. vəzifəli şəxslər yeddi yüz əlli manatdan səkkiz yüz əlli manatadək məbləğdə cərimə olunur.
Dövlət xidməti üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən dövlət xidmətinin göstərilməsinə görə edilir. vəzifəli şəxslər səkkiz yüz əlli manatdan doqquz yüz əlli manatadək məbləğdə cərimə olunur.
Dövlət xidmətlərinin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət xidmətlərinin göstərilməməsinə və ya nəticəsi barədə xidmət istifadəçilərinin məlumatlandırılmamasına görə vəzifəli şəxslər doqquz yüz əlli manatdan min əlli manatadək məbləğdə cərimə edilir.
***
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazıra bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir. Hazırki qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.
Qeyd edək ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər əlli manat cərimə ediləcək.
***
Sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid meyarların müəyyənləşdirilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Zahid Oruc bildirib ki, Konstitusiya Məhkəməsi qanunvericilikdəki boşluqların və qeyri-müəyyənliyin əsassız kompensasiya tələblərinə, mülkiyyət hüquqlarının pozulmasına və tikintinin uzanmasına səbəb olduğunu bildirib və qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər göndərib: “Bəzən onlarla ailə ilə razılıq əldə edildiyi, köçürülmə və tikintiyə milyonlarla manat xərcləndiyi halda, bir-iki mülkiyyətçi ilə razılaşmanın illərlə uzanması layihənin başlanmasına mane olur”.
Deputat kompensasiyanın hesablanması üçün ictimaiyyətə açıq meyarların yaradılmasını, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə şkalasının, bazar qiymətlərindən istifadə qaydasının, ərazilər üzrə diferensial tariflərin və inflyasiya ilə tikinti xərcləri dəyişdikdə yenilənmə mexanizmlərinin müəyyənləşdirilməsini təklif edib: “Sökülən əmlakın əvəzində veriləcək sahənin ölçüsü, otaqların sayı, yaşayış və qeyri-yaşayış sahələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti və gecikməyə görə məsuliyyət də qanunvericilikdə dəqiq təsbit edilməlidir”.
Zahid Oruc faktiki sahənin ölçülməsi məsələsinə də diqqət çəkib “Balkon, zirzəmi, yardımçı otaq, eyvan, hasar, sonradan artırılmış hissələr və kommersiya obyektlərinin hüquqi və texniki statusu fərqləndirilməli, müstəqil ölçmə və qiymətləndirmə, foto və elektron aktlaşdırma mexanizmləri tətbiq olunmalıdır. Söküntü elanından sonra kompensasiya almaq məqsədilə qanunsuz tikilmiş sahələrlə onilliklər ərzində mövcud olmuş və dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qiymətləndirilməməlidir. Qeydiyyatı texniki səbəblərdən tamamlanmamış əmlak, hüquqi əsası olan istifadə, uzun müddət mövcud olmuş faktiki məskunlaşma və yeni qanunsuz zəbt halları bir-birindən fərqləndirilməlidir. Tikinti icazəsi alındıqdan, qiymətləndirmə və müqavilə təklifləri yekunlaşdıqdan sonra razılaşma üçün ağlabatan müddət müəyyən edilməli, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mexanizmləri nəzərdə tutulmalıdır. Bununla həm etiraz edən sakinlərin hüquqları, həm də razılaşaraq illərlə gözləyən digər mülkiyyətçilərin maraqları qorunmalıdır”.
Parlamentin komitə sədri evin və ya obyektin dəyəri ilə onun yerləşdiyi torpağın dəyərinin hesablanmasının da şəffaf qaydalarla tənzimlənməli olduğunu bildirib.
***
Tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması və genişləndirilməsi üçün zəruri torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla bağlı Mülki Məcəlləyə də müvafiq dəyişiklik təklif olunur.
Beləliklə, Azərbaycanda metro və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur. Layihə metro və dəmir yolu infrastrukturu üzrə strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi baxımdan təmin etməyə yönəlib.
Qeyd edilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Prezidentin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, həmçinin mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.
Hazırlanan qanun layihəsinin əsas məqsədi dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsidir.
Dəyişikliklər, xüsusilə tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, bərpası və təkmilləşdirilməsi üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq və birmənalı tətbiqini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərin mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın artırılmasına xidmət edəcəyi bildirilir.
Layihə, həmçinin, dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasını hədəfləyir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik ev konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə həmin şəxslər barədə məlumatları 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir.
Layihəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Həmin şəxslərin qeydiyyatı həyata keçirilərkən həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycan Respublikasında statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək. Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək. Göstərilən şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Rəsmi səfər vizası Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.
Göstərilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçiriləcək.
Beləliklə təklif olunan dəyişikliyə əsasən, həmin şəxslərin siyahısı daha da dəqiqləşdirilir, onların qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi üçün Azərbaycan Respublikasında 15 gündən artıq olma müddəti müəyyən edilir. Bununla yanaşı, həmin kateqoriya şəxslərin qeydiyyatı həyata keçirilərkən onlara qeydiyyat vəsiqəsinin verilməsi qaydaları, habelə bu vəsiqələrin doldurulması və verilməsi prosedurunun mövcud məlumat-axtarış sistemindən istifadə edilməklə həyata keçirilməsi, müvafiq elektron sistemə (Vahid Miqrasiya Məlumat Sistemi) məlumatların yerləşdirilməsi qaydaları təkmilləşdirilir, bununla da rəqəmsal xidmətlərdən istifadənin dairəsi daha da genişləndirilir. Layihədə həmçinin yuxarıda qeyd olunan şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi tələbi müəyyənləşdirilir.
Eyni zamanda rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddətdir.
Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər təklif olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
00:25 / 28 Oktyabr 2026
36
23:47 / 27 Oktyabr 2026
72
23:45 / 27 Oktyabr 2026
62
23:34 / 27 Oktyabr 2026
70
23:19 / 27 Oktyabr 2026
85
23:04 / 27 Oktyabr 2026
186
22:48 / 27 Oktyabr 2026
78
22:46 / 27 Oktyabr 2026
99
22:44 / 27 Oktyabr 2026
77
22:41 / 27 Oktyabr 2026
78
22:39 / 27 Oktyabr 2026
217
22:37 / 27 Oktyabr 2026
81
22:24 / 27 Oktyabr 2026
93
22:21 / 27 Oktyabr 2026
78
22:03 / 27 Oktyabr 2026
350
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
82
21:33 / 27 Oktyabr 2026
717
21:14 / 27 Oktyabr 2026
492
21:09 / 27 Oktyabr 2026
89
21:01 / 27 Oktyabr 2026
81
20:59 / 27 Oktyabr 2026
132
20:40 / 27 Oktyabr 2026
538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.