Alkoqol, siqaret və piylənmə qaraciyər xərçəngi riskini artırır – Həkimdən xəbərdarlıq
28 Oktyabr 2026, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
60
28.10.2026, 20:25
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə “Həmdan-ICESCO” mükafatına layiq görüldüyü xatırlanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.
Bu baxımdan Heydər Əliyev Fondu ilə ICESCO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o cümlədən Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində layihələrə dair 2025-ci ildə imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.
Görüşdən sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrdən biri “Natəvan Mədəni İrs Mükafatı”nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatının keçirilməsi ilə bağlıdır. Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək məqsədi daşıyır.
Yeni saziş üzrə əməkdaşlığın digər istiqaməti “Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh” adlı regional layihənin həyata keçirilməsidir. Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edəcək layihə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni irsin qorunması, institusional və peşəkar potensialın gücləndirilməsi, habelə gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.
Həmçinin 2025-ci ildə Bakıda təqdimatı olmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əldə olunan nəticələrin müzakirəsi və İslam dünyası ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.
20:59 / 28 Oktyabr 2026
58
20:36 / 28 Oktyabr 2026
78
20:29 / 28 Oktyabr 2026
72
20:26 / 28 Oktyabr 2026
68
20:23 / 28 Oktyabr 2026
81
20:20 / 28 Oktyabr 2026
99
20:18 / 28 Oktyabr 2026
378
20:16 / 28 Oktyabr 2026
70
20:14 / 28 Oktyabr 2026
80
20:13 / 28 Oktyabr 2026
72
19:57 / 28 Oktyabr 2026
70
19:41 / 28 Oktyabr 2026
185
19:36 / 28 Oktyabr 2026
100
19:28 / 28 Oktyabr 2026
89
19:12 / 28 Oktyabr 2026
205
19:04 / 28 Oktyabr 2026
240
18:56 / 28 Oktyabr 2026
83
18:43 / 28 Oktyabr 2026
100
18:35 / 28 Oktyabr 2026
111
18:30 / 28 Oktyabr 2026
101
18:24 / 28 Oktyabr 2026
88
18:20 / 28 Oktyabr 2026
82
18:16 / 28 Oktyabr 2026
442
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.