Qaynar xətt:

(+99450) 247 90 86

Ayaq barmaqlarındakı tüklərlə bağlı maraqlı FAKT

Ayaq barmaqlarındakı tüklərlə bağlı maraqlı FAKT

TİBB

75

28.10.2026, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ayaq barmaqlarında tüklərin uzanmasının qan dövranı ilə əlaqəli ola biləcəyi irəli sürülür.

Oxu24.com xəbər verir  ki,mütəxəssislərin fikrincə, tüklərin barmaq uclarına qədər uzanması üçün tük follikullarına kifayət qədər oksigen və qida maddələrinin çatması lazımdır.

Buna görə də, qan axınının azalması tüklərin seyrəlməsinə və ya tökülməsinə səbəb ola bilər.

Həkimlər ayaq və pəncələrdə tüklərin qəfil azalmasını periferik arteriya xəstəliyinin (PAD) və qan dövranı pozğunluqlarının erkən əlamətlərindən biri hesab edirlər.

Qan axını yavaşladıqda, tük follikullarına çatan oksigen və qida maddələrinin miqdarı da azalır. Bu, zamanla tüklərin uzanmasına təsir göstərə bilər.

Lakin mütəxəssislər vurğulayırlar ki, təkcə ayaq barmaqlarında tüklərin olmaması sağlamlıq problemi demək deyil. Bəzi insanların təbii olaraq genetik amillərə görə tükləri az olur.

Mütəmadi gəzinti, siqaret çəkməmək və qan təzyiqini və qan şəkərini nəzarətdə saxlamaq sağlam qan dövranının qorunmasına kömək edə bilər.

Jalə