Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycanın təcrübəsi dünyaya mühüm mesaj verdi” – Deputat Forumun geosiyasi əhəmiyyətindən DANIŞDI  

“Azərbaycanın təcrübəsi dünyaya mühüm mesaj verdi” – Deputat Forumun geosiyasi əhəmiyyətindən DANIŞDI  

SİYASƏT

873

28.10.2026, 20:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtımızda təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Ölkə Başçısı İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe müasir geosiyasi reallıqların və beynəlxalq təşkilatların fəaliyyətindəki dərin böhranın növbəti dəfə açıq müstəvidə təhlil edilməsinə zəmin yaratdı. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin uzun illər kağız üzərində qalması fonunda Rəsmi Bakının öz gücü hesabına ədaləti bərqərar etməsi qlobal güclərin ikili standartlar siyasətinə qarşı əsl hüquq dərsidir. Mövcud beynəlxalq təhlükəsizlik sisteminin səmərəsizliyi və qəbul olunan qərarların icra edilməməsi dünya nizamında köklü islahatların aparılmasını qaçılmaz edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamran Bayramov Oxu24.com-a açıqlama verib.

Kamran Bayramov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərin məzmunlu çıxışı müasir qlobal siyasətin və beynəlxalq münasibətlər sisteminin ən ağrılı, həmçinin təxirəsalınmaz problemlərini – müharibələrin dayandırılması, sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də beynəlxalq təşkilatların bu proseslərdəki funksionallığı məsələlərini bir daha qlobal gündəmin mərkəzinə gətirmişdir:

“Bakıda ev sahibliyi edilən bu nüfuzlu qlobal tədbir fonunda Azərbaycanın keçdiyi mürəkkəb münaqişə və post-münaqişə quruculuğu yolu bəşəriyyət, xüsusən də beynəlxalq hüquq və təhlükəsizlik arxitekturasi üçün mühüm geosiyasi və praktiki dərslər ortaya qoyur. Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən və BMT Təhlükəsizlik Şurasının məşhur dörd qətnaməsinin kağız üzərində qalaraq otuz ilə yaxın icra olunmamasını müşahidə edən Azərbaycan, sonda beynəlxalq hüququ öz gücü və iradəsi ilə bərpa etməyə məcbur qaldı. Bu unikal tarixi təcrübə BMT və onun əsas qərarverici qurumu olan Təhlükəsizlik Şurasının münaqişələrin həlli mexanizmlərində mövcud olan dərin struktur boşluqlarını, səmərəsizliklərini və tətbiq qabiliyyətinin zəifliyini bütün çılpaqlığı ilə üzə çıxardı”.

Onun sözlərinə görə, beynəlxalq hüquq normalarının hər kəs üçün eyni dərəcədə məcburi olduğu halda, qlobal güclərin maraqlarından asılı olaraq onun selektiv tətbiqi və açıq-aşkar ikili standartlar siyasəti dünya nizamının təməl sütunlarını sarsıdır, beynəlxalq təşkilatlara olan etimadı hər gün daha da azaldır:

“Azərbaycanın təcrübəsi bir daha sübut etdi ki, əgər qlobal təsisatlar öz qətnamələrini həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməzsə və qəbul edilən sənədlər yalnız bəyannamə səviyyəsində qalarsa, suveren dövlətlər BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ədaləti özləri bərpa etməli olacaqlar. Bu reallıq beynəlxalq ictimaiyyət üçün o mənada ciddi dərs olmalıdır ki, sülh yalnız güclü mexanizmlər və birmənalı, tərəf tutmayan ədalət prinsipi üzərində qurulduqda davamlı ola bilər, əks təqdirdə, selektiv yanaşmalar təcavüzkarları cəsarətləndirir və yeni münaqişə ocaqlarının alovlanmasına səbəb olur”.

Kamran Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı mesajları bir daha göstərir ki, ədalətli və dayanıqlı sülhün əldə olunması üçün qlobal təhlükəsizlik sistemində köklü islahatların aparılması, beynəlxalq hüququn tətbiqində ikili standartlara son qoyulması və qəbul edilən qərarların icra mexanizmlərinin sərtləşdirilməsi qaçılmaz zərurətdir, çünki mədəniyyətlərarası dialoqun, tərəqqinin və qlobal inkişafın əsas təməli məhz güc hüququnun deyil, hüququn gücünün bərqərar olduğu ədalətli dünya nizamından keçir.

Çimnaz Telmanqızı

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

109

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

127

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

115

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

130

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

130

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

131

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

229

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

120

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

957

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

126

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

132

0
Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

19:09 / 17 Noyabr 2026

HƏRBİ HƏRBİ

Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

133

0