Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan İspaniyaya başsağlığı verdi 

Azərbaycan İspaniyaya başsağlığı verdi 

SİYASƏT

176

28.10.2026, 19:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verərək, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Oxu24.com xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.

Qeyd edək ki, İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ən azı 64 nəfər ölüb, 179 nəfər xəsarət alıb.