Azərbaycanda qızılın qiyməti həftə ərzində 1,14 faiz ucuzlaşıb
05 Sentyabr 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
342
28.07.2026, 15:00
Azərbaycanda pensiya hüququ ilə bağlı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də Sovet dövründə və 2006-cı ildən əvvəlki əmək fəaliyyətinin bəzi hallarda pensiya hesablanarkən nəzərə alınmamasıdır. Xüsusilə uzun illər müxtəlif dövlət müəssisələrində çalışan şəxslər pensiya təyin edilərkən əmək kitabçasında göstərilən stajın tam şəkildə qəbul edilmədiyini bildirirlər. Bu isə gələcək pensiya məbləğinin azalmasına, sosial sığorta stajının natamam hesablanmasına və vətəndaşların hüquqlarının pozulmasına səbəb olur.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Gülnar Quluzadə bildirib ki, qanunvericiliyə əsasən 2006-cı ilə qədər olan əmək fəaliyyəti ilə 2006-cı ildən sonrakı dövr fərqli qaydada qiymətləndirilir.
Vəkilin sözlərinə görə, 2006-cı ilə qədər olan dövr üzrə pensiya hüququ əsasən əmək kitabçasında göstərilən əmək stajına əsasən müəyyən edilir. 2006-cı ildən sonra isə artıq fərdi hesabda toplanan sosial sığorta haqları və pensiya kapitalı əsas götürülür.
“2006-cı ilə qədər vətəndaşın işlədiyi illər əmək kitabçasındakı staj əsasında hesablanır. Sonrakı dövrdə isə Dövlət Sosial Müdafiə Fondunda formalaşan fərdi sosial sığorta hesabındakı vəsait və pensiya kapitalı əsas götürülür. Məhz buna görə də əvvəlki illərə aid stajın düzgün hesablanması gələcək pensiya məbləği üçün olduqca vacibdir”, – deyə vəkil bildirib.
Gülnar Quluzadə qeyd edib ki, praktikada bəzən səlahiyyətli qurumlar Sovet dövründə və ya 2006-cı ildən əvvəlki əmək fəaliyyətinin müəyyən hissəsini ümumiyyətlə nəzərə almırlar. Bu zaman müxtəlif əsaslar göstərilir. Məsələn, müəssisənin arxiv sənədlərinin tapılmaması, əməkhaqqı cədvəllərinin əldə edilməməsi, möhürlərin tam oxunmaması, tarixlərdə texniki uyğunsuzluqlar və ya digər formal səbəblər vətəndaşın stajının qəbul edilməməsinə gətirib çıxarır.
Vəkil hesab edir ki, bu cür hallarda vətəndaşın hüquqları məhdudlaşdırıla bilməz. Çünki müəssisələrin sənədlərinin arxivə təhvil verilməsi, onların qorunması və uzun illər saxlanılması işçinin deyil, işəgötürənin və aidiyyəti dövlət qurumlarının vəzifəsidir.
“Vətəndaş əmək kitabçasını qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim edibsə, sonradan arxiv sənədlərinin tapılmaması və ya hansısa müəssisənin sənədlərinin itməsi onun məsuliyyəti sayıla bilməz. Şəxs bu səbəbdən pensiya hüququndan məhrum edilə bilməz”, – deyə Gülnar Quluzadə vurğulayıb.
Onun sözlərinə görə, belə hallarda vətəndaş imtina qərarı ilə razılaşmamalı, hüquqlarını məhkəmə qaydasında müdafiə etməlidir. Məhkəməyə müraciət etməklə əmək stajının tanınması, həmin dövrün pensiya hesablamasına daxil edilməsi və sosial təminat hüququnun bərpa olunması tələb edilə bilər.
Vəkil bildirib ki, məhkəmələr bu kateqoriyadan olan mübahisələrə baxarkən yalnız arxiv arayışlarını deyil, əmək kitabçasını, müəssisənin fəaliyyətini təsdiq edən digər sənədləri, şahid ifadələrini və mövcud sübutları da qiymətləndirirlər. Bir çox hallarda məhkəmələr vətəndaşların xeyrinə qərarlar qəbul edərək onların əmək stajının tanınmasına və pensiya hüquqlarının bərpasına qərar verirlər.
Gülnar Quluzadə vətəndaşlara tövsiyə edib ki, pensiya təyin olunarkən hər hansı iş ili və ya əmək stajı nəzərə alınmayıbsa, bunun səbəbini rəsmi şəkildə öyrənsinlər, imtina qərarını yazılı formada əldə etsinlər və zərurət yaranacağı təqdirdə hüquqi yardım alaraq məhkəməyə müraciət etsinlər.
Vəkilin fikrincə, pensiya hüququ Azərbaycan Konstitusiyası ilə qorunan sosial hüquqlardan biridir və texniki çatışmazlıqlar, arxiv problemləri və ya sənədlərin saxlanılmaması səbəbindən vətəndaşın uzun illər işlədiyi dövrün stajdan silinməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz. Bu səbəbdən belə mübahisələrdə məhkəmə müdafiəsi vətəndaşın ən effektiv hüquqi vasitələrindən biri hesab olunur.
00:42 / 07 Sentyabr 2026
15
23:52 / 06 Sentyabr 2026
131
23:31 / 06 Sentyabr 2026
62
23:02 / 06 Sentyabr 2026
112
22:35 / 06 Sentyabr 2026
71
22:00 / 06 Sentyabr 2026
86
21:24 / 06 Sentyabr 2026
80
21:14 / 06 Sentyabr 2026
66
21:10 / 06 Sentyabr 2026
70
21:00 / 06 Sentyabr 2026
113
20:32 / 06 Sentyabr 2026
66
20:25 / 06 Sentyabr 2026
91
20:15 / 06 Sentyabr 2026
76
19:58 / 06 Sentyabr 2026
69
19:44 / 06 Sentyabr 2026
97
18:50 / 06 Sentyabr 2026
84
18:40 / 06 Sentyabr 2026
88
18:15 / 06 Sentyabr 2026
100
15:39 / 06 Sentyabr 2026
1737
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
107
14:14 / 06 Sentyabr 2026
92
14:00 / 06 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.