Ramiz Mehdiyevlə bağlı növbəti addım
17 Oktyabr 2026, 09:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
101
17.10.2026, 09:18
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir.
Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təklif reallaşdırıla bilərmi?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, bu təklif həm də milli təhsil sistemində keyfiyyət, bərabərlik prinsiplərinin təmin olunması baxımından strateji və əsaslı addımdır:
“Məktəbəqədər hazırlığın könüllü olması birinci sinfə başlayan uşaqlar arasında idrak, sosial, emosional və ibtidai akademik bacarıqlar baxımından ciddi fərqlər yaradır. Bu isə sonrakı tədris prosesində müəllimlər üçün əlavə çətinliklərə, şagirdlər arasında bilik və adaptasiya fərqlərinin yaranmasına səbəb olur. Erkən yaş dövrü uşağın psixoloji və əqli inkişafının ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə sistemli təhsil mühitindən kənarda qalan uşaqlar məktəbə uyğunlaşma, ibtidai oxu və yazı, eləcə də məntiqi düşüncə bacarıqlarının mənimsənilməsi baxımından həmyaşıdlarından geri qala bilirlər”.
Ekspert bildirib ki, dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri hər bir vətəndaş üçün bərabər başlanğıc imkanlarının yaradılmasıdır:
“Bu baxımdan məktəbəqədər hazırlığın məcburi olması təhsildə imkan bərabərliyinin təmin edilməsinə, sosial fərqlərdən asılı olmayaraq bütün uşaqların birinci sinfə eyni baza bilikləri və psixoloji hazırlıqla başlamasına şərait yaradacaq. Təklifin tam və effektiv həyata keçirilməsi üçün müvafiq dövlət qurumları məktəbəqədər təhsil müəssisələrinin infrastruktur imkanlarını genişləndirməli, kadr potensialını gücləndirməli və vahid tədris standartlarının tətbiqini başa çatdırmalıdır. Məktəbəqədər hazırlığın məcburi xarakter alması gələcəkdə daha savadlı, rəqabətədavamlı və bərabər imkanlara malik gənc nəslin yetişdirilməsi istiqamətində təhsil sisteminin atacağı mühüm addımlardan biri olacaq”.
09:50 / 17 Oktyabr 2026
11
09:13 / 17 Oktyabr 2026
79
09:10 / 17 Oktyabr 2026
51
00:27 / 17 Oktyabr 2026
196
00:12 / 17 Oktyabr 2026
88
23:58 / 16 Oktyabr 2026
146
23:49 / 16 Oktyabr 2026
225
23:42 / 16 Oktyabr 2026
134
23:42 / 16 Oktyabr 2026
290
23:29 / 16 Oktyabr 2026
873
23:22 / 16 Oktyabr 2026
85
23:08 / 16 Oktyabr 2026
96
23:06 / 16 Oktyabr 2026
828
23:01 / 16 Oktyabr 2026
106
23:00 / 16 Oktyabr 2026
85
22:55 / 16 Oktyabr 2026
1346
22:52 / 16 Oktyabr 2026
80
22:45 / 16 Oktyabr 2026
95
22:35 / 16 Oktyabr 2026
879
22:25 / 16 Oktyabr 2026
111
22:14 / 16 Oktyabr 2026
84
22:11 / 16 Oktyabr 2026
80
22:08 / 16 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.