Kompüterlə işləyənlər bunları etsin
26 Noyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
376
17.10.2026, 09:13
Yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub.
YAP Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclasında bildirib.
Qeyd edilib ki, çoxsaylı müraciətlər nəzərə alınaraq bu məsələ İdarə Heyətinin iclasına təqdim olunub.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış edərək qatıldıqları müşavirə və digər tədbirlərdə bu məsələnin geniş ictimai rezonans doğurduğunun şahidi olduqlarını, dövlətə xəyanətə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə və digər bir sıra cinayət əməllərinə görə təqsirləndirilən Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağa artıq mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Müzakirələrdən sonra Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.
00:08 / 27 Noyabr 2026
34
23:54 / 26 Noyabr 2026
55
23:36 / 26 Noyabr 2026
54
23:22 / 26 Noyabr 2026
102
23:12 / 26 Noyabr 2026
95
23:02 / 26 Noyabr 2026
89
22:52 / 26 Noyabr 2026
93
22:51 / 26 Noyabr 2026
105
22:44 / 26 Noyabr 2026
177
22:42 / 26 Noyabr 2026
95
22:26 / 26 Noyabr 2026
115
22:22 / 26 Noyabr 2026
110
22:16 / 26 Noyabr 2026
104
22:07 / 26 Noyabr 2026
117
21:58 / 26 Noyabr 2026
136
21:52 / 26 Noyabr 2026
113
21:43 / 26 Noyabr 2026
112
21:37 / 26 Noyabr 2026
137
21:33 / 26 Noyabr 2026
132
21:27 / 26 Noyabr 2026
121
21:19 / 26 Noyabr 2026
123
21:08 / 26 Noyabr 2026
126
21:04 / 26 Noyabr 2026
941
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.