SOCAR Anlaşma Memorandumu imzaladı
09 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
397
21.07.2026, 11:17
Ölkədə çevik iş rejimi modeli tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Qeyd olunub ki, planda 2026-2030-cu illər ərzində beynəlxalq təcrübə əsasında çevik iş vaxtı tətbiq ediləcək. Bu məqsədlə normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.
Həmçinin əmək münasibətlərinin leqallaşdırılmasının gücləndirilməsi və əmək müqaviləsi əsasında çalışan şəxslərin sayının artırılması da hədəflənib. İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlərin yaradılması da öz əksini tapıb. Qeyd olnub ki, məqsəd süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılmasıdır. Bundan başqa, "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması nəzərdə tutulur. Məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələrlə bağlı bilik və bacarıqlarının artırılması və uyğun karyera imkanlarının genişlənməsidir.
Bununla yanaşı olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi də Tədbirlər Planında öz əksini tapıb. Bu istiqamətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən qadınların əmək bazarına qısa müddətdə inteqrasiya olunması məqsədilə aktiv məşğulluq tədbirlərinin sayının artırılması hədəflənib.
İqtisadçı Xalid Kərimli bildirir ki, bu məsələlər həm büdcə daxilolmalarına, vətəndaşların gələcəkdə sosial yığımlardan rahat istifadəsinə, həm də şirkətlərin daha səmərəli idarəetməsinə müsbət təsir göstərəcək.
Bundan başqa, Tədbirlər Planında ali və orta ixtisas təhsili proqramlarının tələbata uyğun olaraq yenilənməsi nəzərdə tutulur. Dövlət uşaq müəssisələrinin məzunları üçün fərdi məşğulluq proqramı da hazırlanacaq. Dual peşə təhsili proqramına cəlb olunan tələbə sayının 1600 nəfərə çatdırılması da nəzərdə tutulub, əmək bazarında praktik bacarıqlara malik işçi qüvvəsi sayının artırılması hədəflənib.
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, təhsil müəssisələrində tədris olunan ixtisas və fənlər işəgötürənlərin real ehtiyacları nəzərə alınmaqla yenidən qiymətləndiriləcək. Bu yanaşma məzunların əmək bazarına daha hazırlıqlı çıxmasına, işə qəbul imkanlarının artmasına və işəgötürənlərin ixtisaslı kadr çatışmazlığının qədər aradan qaldırılmasına xidmət edə bilər.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.