Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
28 Sentyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
745
10.07.2026, 12:17
Son vaxtlar cəmiyyətdə və müxtəlif müzakirə platformalarında müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi barədə təkliflər gündəmə gətirilir. Bu statusun verilməsi həmin sahədə çalışanların sosial təminatının və əməkhaqlarının əhəmiyyətli dərəcədə artması demək olsa da, məsələnin reallaşma imkanları böyük sual altındadır. Çünki bu addım birbaşa dövlət büdcəsinə milyardlarla manat əlavə yükün daxil olması mənasına gəlir. Hazırda ölkəmizdə bu kateqoriyadan olan işçilərin sayının kifayət qədər çox olması iqtisadi baxımdan resursların düzgün bölüşdürülməsi zərurətini yaradır. Məsələyə yalnız sosial deyil, həm də dövlətin gəlir mənbələri və büdcə imkanları prizmasından yanaşmaq mütləqdir. Əks halda, iqtisadi əsası olmayan addımlar ölkə iqtisadiyyatında ciddi disbalans yarada bilər.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı saytımıza danışan iqtisadçı-ekspert Xalid Kərimli bu yanaşmanın real olmadığını və məsələyə iki tərəfli baxmağın vacibliyini vurğulayıb:"Müəllim və həkimlər dövlət qulluqçusu deyillər, onlar təhsil və səhiyyə işçiləridir. Belə bir statusun verilməsi real deyil, çünki bu, dövlət büdcəsi üçün çox ciddi əlavə yükdür. Dövlət bu qədər insanın sosial təminatını, əlavələrini və yüksək maaşlarını necə, hardan təmin etməlidir? Axı dövlətin elə böyük gəlirləri yoxdur. Dövlətin əsas gəliri neft satışından və vergilərdəndir”.
Onun sözlərinə görə, neft də getdikcə azalır və onun həcmi həmişə məhdud olub. Əlavə olaraq iqtisadçı qeyd edib ki, digər belə təkliflər real deyil və sadəcə populist iddialardır:“Bu cür məsələləri fikirləşəndə ancaq “artıraq, xərcləyək” prinsipi ilə yox, “bu pulu hardan tapaq, kimdən alaq?” sualları ətrafında da düşünmək lazımdır”,-deyə o bildirib.
Beləliklə, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi sosial baxımdan cəlbedici təklif kimi qiymətləndirilsə də, ekspertin fikrincə, bunun həyata keçirilməsi üçün ilk növbədə dövlət büdcəsinin imkanları və maliyyə mənbələri nəzərə alınmalıdır. Əks halda, iqtisadi əsaslandırılması olmayan belə addımlar dövlət maliyyəsinə ciddi əlavə yük yarada və büdcə balansına mənfi təsir göstərə bilər.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
150
23:52 / 28 Sentyabr 2026
66
23:19 / 28 Sentyabr 2026
78
23:06 / 28 Sentyabr 2026
175
23:02 / 28 Sentyabr 2026
1392
22:58 / 28 Sentyabr 2026
77
22:51 / 28 Sentyabr 2026
62
22:40 / 28 Sentyabr 2026
944
22:35 / 28 Sentyabr 2026
237
22:34 / 28 Sentyabr 2026
196
22:28 / 28 Sentyabr 2026
178
22:24 / 28 Sentyabr 2026
81
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
103
21:51 / 28 Sentyabr 2026
72
21:48 / 28 Sentyabr 2026
82
21:40 / 28 Sentyabr 2026
2355
21:36 / 28 Sentyabr 2026
69
21:33 / 28 Sentyabr 2026
68
21:31 / 28 Sentyabr 2026
76
21:13 / 28 Sentyabr 2026
144
21:06 / 28 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.