Bu şəxslər vergi ödəməyəcək
19 Avqust 2026, 12:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
380
07.05.2025, 16:35
“Ötən günlərdə bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir”.
Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
O.Gündüz qeyd edib ki, bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər, araşdırdıqda isə ağlasığmaz vəziyyət ortaya çıxır:
“Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb. Müxtəlif kiberfırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlər sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz”, - deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var. Qısa araşdırma ilə müəyyən etdim ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə videozənglə identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar”.
Ekspertin sözlərinə görə, hətta elə nəhəng banklar var ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər:
“Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki, Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib. Əlbəttə, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar videozəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər. Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görünür ki, daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir.
“Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – banklara başqa seçim verilməli deyil. Bu, mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir. Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bank kartı olan vətəndaşlarla bağlıdır. Əlbəttə, ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər. Amma düşünürəm ki, bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməlidir. Məsələn, vətəndaşlara ümumiyyətlə kredit məsələsinə “stop” qoymaq imkanı verilməlidir”.
“Düşünürəm ki, hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kredit götürülmüş vətəndaşlara “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər. Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa, bu problemin həlli çox çətin olacaq”, - deyə Osman Gündüz bildirib.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.