Neftlə bağlı mühüm açıqlama
09 Sentyabr 2026, 21:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
358
05.08.2024, 11:09
Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 9:14-ə 1,4% ucuzlaşaraq bir barel üçün 75,77 dollar təşkil edib.
Oxu24.com xəbər verir ki,bunu ICE birjasının məlumatları sübut edir.
Kotirovkalar demək olar ki, yeddi ayda ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb - sonuncu dəfə belə aşağı səviyyə 9 yanvar 2024-cü ildə qeydə alınıb.
Nyu-York əmtəə birjasında WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 10:28-ə olan məlumata görə, 1,17% azalaraq bir barel üçün 72,66 dollar təşkil edib.
Sessiya minimumlarında hər iki göstərici bir barel üçün 3 dollardan çox ucuzlaşıb.
Reuters-in sorğusuna qatılan analitiklər qiymətlərin düşməsini iyul ayında ABŞ-da məşğulluq artımının yavaşlaması və işsizlik nisbətinin 4,3%-ə yüksəlməsi fonunda mümkün tənəzzül qorxusu ilə əlaqələndiriblər.
Matador Economics-in baş iqtisadçısı: "Biz bir neçə gün ərzində tələb əsasında olan bazardan geosiyasi bazara keçdik və sonra bu iqtisadi məlumatlara görə çökdük",-deyə Tim Snayder qeyd etdi.
Dünyanın ən böyük neft idxalçısı olan Çində istehsal fəaliyyəti ilə bağlı zəif məlumatlar və Asiya, Avropa və ABŞ-da istehsalın yavaşladığını göstərən sorğular neft istehlakına təsir edəcək ləng qlobal iqtisadi bərpa risklərini artırıb. İyun ayı məlumatlarının idxalın və neft emalı zavodunun fəaliyyətinin ildən-ilə aşağı düşdüyünü göstərməsindən sonra Çində işgüzar fəallığın azalması tələb artımı ilə bağlı narahatlıqlar fonunda qiymətləri də aşağı salıb.
LSEG Oil Research-in məlumatlarına görə, Asiyanın xam neft idxalı iyul ayında Çin və Hindistandakı zəif tələb səbəbindən iki ilin ən aşağı səviyyəsinə düşüb.
İnvestorlar həmçinin İranın dəstəklədiyi Livanın şiə Hizbullah qruplaşmasının İsraillə münaqişəsinin yeni mərhələyə qədəm qoyduğunu bildirdiyi Yaxın Şərqdəki vəziyyəti də izləyir. Bununla belə, analitiklər İranla əlaqəli Həmas və Hizbullah qruplarının yüksək rütbəli liderlərinin öldürülməsindən bir neçə gün sonra qiymətlər bir neçə həftənin ən aşağı səviyyəsinə düşsə də, genişmiqyaslı müharibə qorxusuna səbəb olsa belə, regiondan neft tədarükündə ciddi bir fasilə görmədilər.
Nigar
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.