Qaynar xətt:

(+99450) 247 90 86

Qızıl və gümüşün qiyməti azalır

Qızıl və gümüşün qiyməti azalır

İQTİSADİYYAT

46

24.11.2026, 09:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Oxu24.com  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin dəyəri 0,59% azalaraq 3 660 dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,77% azalaraq 42,94 dollar təşkil edib.