Qaynar xətt:

(+99450) 247 90 86

AVRO-2020: İngiltərədən erkən qol, Danimarka yarımfinalda - YENİLƏNİR - FOTO

AVRO-2020: İngiltərədən erkən qol, Danimarka yarımfinalda - YENİLƏNİR - FOTO

İDMAN

817

03.07.2021, 23:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

20:07

Görüşdən öncə açılış mərasimi baş tutub. Tədbirdə arenada keçirilən əvvəlki 3 matçda olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb. Həmçinin Çexiya və Danimarka yığmalarının forması dalğalanıb.

Lakin əvvəlki görüşlərdən fərqli bu dəfə bir ilk yaşanıb. Danimarka millisində konkret futbolçunun - Kristian Eriksenin forması qaldırılıb.

1/4 final

20:00. Çexiya - Danimarka - 0:1 (Birinci hissə)
Qol: Dileyni, 5
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu

19:21

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki matç keçiriləcək. Əvvəl Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.


Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.

3 iyul

1/4 final

20:00. Çexiya - Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu

 

2 iyul

23:00. Belçika - İtaliya - 1:2
Qollar: Barella, 31 (0:1), İnsinye, 44 (0:2), Lukaku, 45+2 pen. (1:2)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"

20:00. İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"