Qaynar xətt:

(+99450) 247 90 86

Böyük futbol Xankəndiyə qayıdır - Tarix rəsmən açıqlandı! 

Böyük futbol Xankəndiyə qayıdır - Tarix rəsmən açıqlandı! 

İDMAN

36

10.11.2026, 10:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. 

QOL.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.  

Məlumatı PFL yayıb.

Qarşılaşma saat 16:00-da start götürəcək.

"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.