Güləşçimiz dünya çempionu oldu
19 Avqust 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
838
07.05.2025, 09:13
Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarının şüursuz və nəzarətsiz istifadəsinin həyat üçün təhlükə yaradacağını bildirib.
Oxu24.com xəbər verir ki, Prof. Dr. Göral xəbərdarlıq edir ki, zülal tozları yalnız vizual olaraq cəlbedici bədən quruluşu və əzələ artımı üçün istifadə edilmir, eyni zamanda tərkibindəki zərərli maddələr - o cümlədən steroidlər - bədənə ciddi ziyan vura bilər. Bu maddələr uzun müddət istifadə olunduqda cinsi zəiflik, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyası ehtiyacı ilə nəticələnə bilər.
Zülal tozlarının xüsusilə spirtlə birlikdə istifadəsi vəziyyəti daha da ağırlaşdırır. Prof. Dr. Göral bildirir ki, bu əlavələr ürək əzələlərinə və böyrəklərə də zərər verir:
"Bu məhsullar təkcə qaraciyər funksiyalarını deyil, həm də ürək və böyrək fəaliyyətini pozur. Artıq bəzi hallarda bu əlavələr səbəbindən gənclər həyatlarını belə itiriblər".
Mütəxəssis vurğulayır ki, zülal ehtiyacını təbii qidalardan qarşılamaq daha sağlam seçimdir:
"Gündə 3-4 yumurta, qatıq, pendir, balıq və ət kifayət qədər zülal təmin edə bilər. Təsadüfi mənbələrdən alınan protein tozları isə orqanizmə zərər verə bilər. Mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır".
Eyni zamanda protein tozlarının yüksək qəbulu kişilərdə cinsi zəifliyə və digər əlamətlər gətirib çıxara bilər.Milli.Az
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.