Qaynar xətt:

(+99450) 247 90 86

Güləşçilərimiz Paris Olimpiadasında mübarizəyə başlayır

Güləşçilərimiz Paris Olimpiadasında mübarizəyə başlayır

İDMAN

259

05.08.2024, 12:42

"Paris-2024" Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Oxu24.com xəbər verir ki, güləş yarışlarının ilk günündə Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq.

Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriati (130 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, ekvadorlu Rayber Joze Rodriges Orosko və estoniyalı Heyki Nabi ilə qarşılaşacaqlar.

Azərbaycan təmsilçilərinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.