Mənzildən xəbərsiz qeydiyyatdan çıxarmaq mümkündür? - Vəkil AÇIQLADI
30 İyul 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
68
30.07.2026, 12:45
Valideynlərin daşınmaz əmlaklarını övladlarından birinin adına keçirməsi sonradan digər övladların həmin əmlakdan pay tələb edib-edə bilməyəcəyi ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı oxu24.com-a danışan vəkil Samir Süleymanov bildirib ki, belə hallarda əsas məsələ əmlakın hansı hüquqi əsasla digər şəxsin adına keçirilməsidir.
Vəkilin sözlərinə görə, sosial şəbəkə vasitəsilə müraciət edən vətəndaş bildirib ki, atası evi onun adına keçirib. Hazırda isə iki bacısı həmin evdə yaşayır və sual yaranır ki, gələcəkdə bacıları həmin mənzildən pay tələb edə bilərlərmi?
Samir Süleymanov qeyd edib ki, “evi mənim adıma çevirib” ifadəsi hüquqi baxımdan kifayət qədər ümumi anlayışdır. Əmlakın bağışlanması, alqı-satqı yolu ilə verilməsi, miras və ya başqa hüquqi əsaslarla keçirilməsi arasında ciddi fərqlər mövcuddur. Buna görə də ilk növbədə əmlakın hansı sənəd əsasında yeni mülkiyyətçiyə keçdiyi müəyyən edilməlidir.
Vəkil izah edib ki, əgər ata həmin evi sağlığında bağışlama müqaviləsi ilə övladının adına keçiribsə və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilibsə, artıq həmin şəxs evin tam hüquqlu mülkiyyətçisi hesab olunur.
Onun sözlərinə görə, belə vəziyyətdə digər bacı və ya qardaşların həmin evdən pay tələb etmək üçün hüquqi əsasları olmur. Çünki daşınmaz əmlak artıq əvvəlki sahibin deyil, yeni mülkiyyətçinin şəxsi mülkiyyətinə çevrilmiş olur.
Samir Süleymanov bildirib ki, əlbəttə, hər bir şəxs məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəməyə müraciət etmək hüququnun olması həmin iddianın təmin ediləcəyi anlamına gəlmir.
“Əgər mülkiyyət hüququ qanuni şəkildə rəsmiləşdirilibsə və daşınmaz əmlak bağışlama və ya digər qanuni əsaslarla bir şəxsin adına keçirilibsə, sonradan digər övladların həmin əmlakdan pay tələb etməsi hüquqi baxımdan əsaslı hesab olunmur”, – deyə vəkil vurğulayıb.
Hüquqşünas qeyd edib ki, vəziyyət yalnız əmlakın paylı mülkiyyət olması halında fərqli ola bilər. Əgər mənzil bir neçə şəxsin ümumi paylı mülkiyyətindədirsə, hər bir pay sahibi öz hüququnu müdafiə edə və qanunvericilik çərçivəsində payı ilə bağlı tələb irəli sürə bilər.
Lakin təqdim olunan suala əsasən belə qənaətə gəlmək olur ki, söhbət paylı mülkiyyətdən deyil, tam şəkildə bir şəxsin adına keçirilmiş daşınmaz əmlakdan gedir.
Samir Süleymanov vətəndaşlara tövsiyə edib ki, gələcəkdə ailədaxili mübahisələrin qarşısını almaq üçün daşınmaz əmlakla bağlı bütün hüquqi əməliyyatlar notariat qaydasında düzgün rəsmiləşdirilməli, mülkiyyət hüququnu təsdiq edən sənədlər qorunmalıdır. Bu cür sənədlər sonradan yarana biləcək məhkəmə mübahisələrində əsas hüquqi sübut hesab olunur.
Vəkilin sözlərinə görə, hər bir konkret işin nəticəsi mövcud sənədlərdən və hüquqi əsaslardan asılı olduğuna görə, mübahisəli vəziyyət yaranarsa, peşəkar hüquqi yardım almaq məqsədəuyğundur.
14:18 / 30 İyul 2026
1
13:59 / 30 İyul 2026
40
13:45 / 30 İyul 2026
48
13:42 / 30 İyul 2026
49
13:27 / 30 İyul 2026
52
13:16 / 30 İyul 2026
147
13:15 / 30 İyul 2026
59
13:12 / 30 İyul 2026
62
13:07 / 30 İyul 2026
299
12:59 / 30 İyul 2026
61
12:48 / 30 İyul 2026
571
12:35 / 30 İyul 2026
65
12:30 / 30 İyul 2026
69
12:29 / 30 İyul 2026
323
12:16 / 30 İyul 2026
513
12:15 / 30 İyul 2026
70
11:54 / 30 İyul 2026
67
11:39 / 30 İyul 2026
75
11:21 / 30 İyul 2026
74
11:10 / 30 İyul 2026
84
11:05 / 30 İyul 2026
72
10:52 / 30 İyul 2026
85
10:46 / 30 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.