Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər - ARAŞDIRMA
18 Oktyabr 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
271
30.07.2026, 09:11
Ali məktəblərə ixtisas seçimi mərhələsi yaxınlaşdıqca abituriyentlərin qarşısında ən vacib suallardan biri də gələcəkdə yüksək gəlir və uğurlu karyera vəd edən ixtisasın seçilməsidir. Cəmiyyətdə adətən yüksək keçid balı olan ixtisasların daha perspektivli olduğu düşünülür. Halbuki, əmək bazarında ciddi tələbat görən, lakin keçid balları nisbətən aşağı olan və gələcəkdə yüksək qazanc imkanı yaradan ixtisaslar da az deyil.
Təhsil sahələri üzrə tədqiqatçı, AzEdu.az təhsil portalının direktoru Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, bu qəbildən olan ixtisaslara demək olar ki, bütün ixtisas qruplarında rast gəlmək mümkündür.
Onun sözlərinə görə, I ixtisas qrupu üzrə mühəndislik, informasiya texnologiyaları, aqrar sənaye və kənd təsərrüfatı istiqamətində olan bir sıra ixtisaslar gələcək perspektivlərinə baxmayaraq, abituriyentlər tərəfindən lazımi qədər qiymətləndirilmir:
"Bu gün I ixtisas qrupu üzrə aqronomluq, şərabçılıq, bitkiçilik, aqrokimya kimi ixtisaslara bəlkə də yuxarıdan aşağı baxılır. Lakin bu yanaşmanı qətiyyən doğru hesab etmirəm. Həmin ixtisasların praktiki gücü, istehsalatdakı mövqeyi yüksək keçid balı olan bir çox ixtisaslardan daha üstündür. I ixtisas qrupu üzrə sadalaya biləcəyimiz başqa ixtisaslar da var ki, onların keçid balı gələcək perspektivləri ilə tam adekvat deyil. Məsələn, energetika mühəndisliyi ixtisasını buna misal çəkə bilərik. Bu ixtisas xüsusilə yaşıl enerjinin idarəolunması istiqamətində öz effektivliyini daha da artıra bilər".
Ekspert bildirib ki, Rİ altqrupu üzrə də diqqətdən kənarda qalan, lakin gələcək əmək bazarında xüsusi çəkisi artacaq ixtisaslar var:
"Proseslərin avtomatlaşdırılması və robototexnika, mexatronika kimi ixtisaslar digərlərinin kölgəsində qalır. Abituriyentlər Rİ altqrupu üzrə seçim edən zaman nədənsə bu ixtisaslara çox ciddi diqqət yetirmirlər. Amma düşünürəm ki, məsələyə münasibət tam başqa olmalıdır".
Elmin Nurinin sözlərinə görə, IV ixtisas qrupunda da oxşar vəziyyət müşahidə olunur. Bir çox abituriyent yalnız tibb ixtisasını hədəflədiyi üçün digər perspektivli istiqamətləri nəzərdən qaçırır:
"IV ixtisas qrupunda elə ixtisaslar var ki, onlar indi bir çoxlarının diqqətini çəkməsə də, gələcək üçün böyük perspektiv vəd edir. Onların əmək bazarındakı yeri və yüksək gəlirliliyi indidən görünür. Baytarlıq, biotexnologiya və əczaçılıq buna misal ola bilər".
Təhsil tədqiqatçısı vurğulayıb ki, gələcək maaşı müəyyən edən əsas amil yalnız diplom deyil:
"Bu, həmin ixtisasları seçəcək abituriyentlərin şəxsi bacarıqlarından da asılıdır. Məsələn, baytarlıq kifayət qədər yüksək gəlirli ixtisasdır. Amma bu ixtisası seçən tələbə öz üzərində çalışmasa, müxtəlif proqramlardan yararlanmasa, peşəsini digərlərindən daha yüksək səviyyədə mənimsəməsə, əmək bazarında uğurlu ola bilməz. Bu detallar bütün ixtisaslar üçün keçərlidir. İxtisası dəyərli edən əsas motiv tələbənin ona olan yanaşmasıdır".
Elmin Nuri əlavə edib ki, bu il seçim etməli olan bir abituriyentə keçid balı nisbətən aşağı olsa da, gələcəyi parlaq hesab etdiyi beş ixtisası tövsiyə edərdi. Onun sözlərinə görə, həmin siyahıda ilk beşlikdə mexatronika və robototexnika, data analitikası, elektronika mühəndisliyi, biotexnologiya və baytarlıq təbabəti yer alır.
20:09 / 18 Oktyabr 2026
10
19:56 / 18 Oktyabr 2026
35
19:42 / 18 Oktyabr 2026
88
19:30 / 18 Oktyabr 2026
326
19:19 / 18 Oktyabr 2026
68
19:09 / 18 Oktyabr 2026
59
18:55 / 18 Oktyabr 2026
277
18:50 / 18 Oktyabr 2026
65
18:47 / 18 Oktyabr 2026
84
18:37 / 18 Oktyabr 2026
116
18:32 / 18 Oktyabr 2026
793
18:30 / 18 Oktyabr 2026
90
18:25 / 18 Oktyabr 2026
114
18:20 / 18 Oktyabr 2026
2980
18:15 / 18 Oktyabr 2026
71
18:00 / 18 Oktyabr 2026
76
17:21 / 18 Oktyabr 2026
128
16:10 / 18 Oktyabr 2026
102
16:05 / 18 Oktyabr 2026
114
15:55 / 18 Oktyabr 2026
116
15:35 / 18 Oktyabr 2026
297
15:25 / 18 Oktyabr 2026
130
15:12 / 18 Oktyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.