Noyabrda pensiya gözləyənlərə XƏBƏR
09 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
332
30.07.2026, 11:10
Azərbaycanda mülkiyyət hüququ Konstitusiya və mülki qanunvericilik tərəfindən təminat altına alınır. Vətəndaşlar özlərinə məxsus daşınar və daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququna malikdirlər. Lakin cəmiyyətdə bir çox halda mülkiyyət hüquqlarının hansı sərhədlərə qədər şamil olunduğu haqqında müxtəlif suallar yaranır. Mülkiyyətçi əmlakını satmaq, bağışlamaq və ya başqa formada sərəncam verməkdə sərbəst olsa da, qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulub. Xüsusilə yaşayış sahələri və daşınmaz əmlakla bağlı hüquqi incəliklər vətəndaşların gündəlik həyatda ən çox rastlaşdığı məsələlərdəndir. Bu sahədə yaranan suallara aydınlıq gətirmək üçün mülkiyyət hüququnun hədləri və hüquqi çərçivələri böyük əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Oxu24.com-a vəkil Könül İsgəndərli açıqlama verib. Vəkil bildirib ki, hər bir şəxs öz mülkiyyətində olan əmlak üzərində sərbəst hüquqlara sahibdir:
“Biz öz əmlakımız üzərində istənilən hüquqa malikik. Əgər əmlak bizim mülkiyyətimizdədir tapılıbsa, ilk növbədə ondan istədiyimiz kimi sahiblik edə, istifadə edə və sərəncam verə bilərik”.
Vəkilin sözlərinə görə, satmaq, bağışlamaq və ya başqa hüquqi əməliyyatlar aparmaq bizim mülkiyyət hüququmuzdan irəli gəlir. Yaşayış sahəsi üzərində mülkiyyət hüququ da daşınmaz əmlak hüquqlarına daxildir.
O qeyd edib ki, lakin nəzərə almaq lazımdır ki, Konstitusiya ilə qorunsa da, mülkiyyət hüququ mütləq deyildir:
“Qanunvericiliyə əsasən, məhkəmə tərəfindən dəymiş ziyanın ödənilməsi, müsadirə və ya digər hüquqi əsaslar olduqda mülkiyyət hüququ üzərinə məhdudiyyətlər qoyula bilər”.
13:21 / 09 Noyabr 2026
39
13:11 / 09 Noyabr 2026
74
12:57 / 09 Noyabr 2026
550
12:55 / 09 Noyabr 2026
78
12:40 / 09 Noyabr 2026
161
12:27 / 09 Noyabr 2026
108
12:15 / 09 Noyabr 2026
254
12:03 / 09 Noyabr 2026
938
11:56 / 09 Noyabr 2026
116
11:56 / 09 Noyabr 2026
155
11:43 / 09 Noyabr 2026
120
11:37 / 09 Noyabr 2026
259
11:34 / 09 Noyabr 2026
111
11:30 / 09 Noyabr 2026
105
11:22 / 09 Noyabr 2026
112
11:09 / 09 Noyabr 2026
316
11:05 / 09 Noyabr 2026
163
10:55 / 09 Noyabr 2026
224
10:51 / 09 Noyabr 2026
437
10:44 / 09 Noyabr 2026
202
10:38 / 09 Noyabr 2026
261
10:30 / 09 Noyabr 2026
152
10:27 / 09 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.