DYP sürücülərə xəbərdarlıq edib
09 Noyabr 2026, 11:22
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
429
29.07.2026, 12:45
Azərbaycanda pensiya ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri də çoxuşaqlı anaların pensiya hüququ ilə əlaqədardır. Xüsusilə beş və daha çox övladı olan qadınlar pensiya yaşının azaldılıb-azaldılmadığını, hansı hallarda daha tez pensiyaya çıxa biləcəklərini və bunun üçün hansı şərtlərin tələb olunduğunu öyrənmək istəyirlər.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Gülnar Quluzadə bildirib ki, ilk növbədə əmək pensiyası ilə sosial müavinət anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.
Onun sözlərinə görə, bir çox vətəndaş bu iki anlayışı eyni hesab etsə də, hüquqi baxımdan bunlar tamamilə fərqli sosial təminat növləridir. Əmək pensiyası yalnız qanunvericilikdə nəzərdə tutulan sığorta stajı və pensiya kapitalı olan şəxslərə təyin edilir. Sosial müavinət isə pensiya hüququ yaranmayan, yəni kifayət qədər əmək stajı və ya pensiya kapitalı olmayan şəxslərə dövlət tərəfindən ödənilən sosial təminat formasıdır.
Vəkil qeyd edib ki, əgər qadının tələb olunan əmək stajı və pensiya hüququ mövcuddursa, beş və daha çox uşağın olması onun sosial təminat hüququnun müəyyən edilməsində nəzərə alına bilər. Xüsusilə sosial müavinət təyin edilərkən qanunvericilikdə çoxuşaqlı analar üçün müəyyən güzəştlər nəzərdə tutulur.
Gülnar Quluzadənin sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, sosial müavinət almaq hüququ olan qadınlarda beş və daha çox uşağın hər biri üçün yaş həddi müəyyən qədər azaldılır. Bu da həmin şəxslərin ümumi yaş həddini gözləmədən sosial təminatdan yararlanmasına imkan yaradır. Lakin bunun tətbiqi üçün qanunda göstərilən bütün şərtlər ödənilməlidir.
Vəkil vurğulayıb ki, əmək pensiyasına çıxmaq istəyən şəxslər üçün isə əsas meyar əmək stajı və pensiya kapitalıdır. Əgər qadının kifayət qədər sığorta stajı və pensiya kapitalı formalaşıbsa, o zaman əmək pensiyası hüququ yaranır. Əks halda, sosial müavinət mexanizmi tətbiq edilir.
“Vətəndaşlar ilk növbədə hansı növ sosial təminata iddia etdiklərini müəyyən etməlidirlər. Çünki əmək pensiyası ilə sosial müavinətin hüquqi əsasları tamamilə fərqlidir. Beş və daha çox uşağın olması müəyyən güzəştlər yaratsa da, bu, avtomatik şəkildə hər kəsin vaxtından əvvəl əmək pensiyasına çıxacağı anlamına gəlmir”, – deyə Gülnar Quluzadə bildirib.
Vəkil əlavə edib ki, hər bir müraciət fərdi qaydada qiymətləndirilir. Şəxsin əmək fəaliyyəti, sığorta stajı, pensiya kapitalı, övladlarının sayı və digər hüquqi hallar nəzərə alınaraq yekun qərar qəbul edilir. Buna görə də belə hallarda vətəndaşların rəsmi sənədlərlə birlikdə aidiyyəti dövlət qurumlarına və ya hüquqşünasa müraciət etmələri tövsiyə olunur.
14:06 / 09 Noyabr 2026
3
14:04 / 09 Noyabr 2026
14
13:44 / 09 Noyabr 2026
319
13:21 / 09 Noyabr 2026
82
13:11 / 09 Noyabr 2026
149
12:57 / 09 Noyabr 2026
1042
12:55 / 09 Noyabr 2026
103
12:40 / 09 Noyabr 2026
196
12:27 / 09 Noyabr 2026
143
12:15 / 09 Noyabr 2026
298
12:03 / 09 Noyabr 2026
1121
11:56 / 09 Noyabr 2026
123
11:56 / 09 Noyabr 2026
163
11:43 / 09 Noyabr 2026
131
11:37 / 09 Noyabr 2026
279
11:34 / 09 Noyabr 2026
120
11:30 / 09 Noyabr 2026
116
11:22 / 09 Noyabr 2026
119
11:09 / 09 Noyabr 2026
473
11:05 / 09 Noyabr 2026
182
10:55 / 09 Noyabr 2026
237
10:51 / 09 Noyabr 2026
452
10:44 / 09 Noyabr 2026
207
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.