Nikahsız yaşayan şəxsin tikilən evdə hüququ varmı? – Hüquqi izah
04 Sentyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
323
29.07.2026, 12:25
Azərbaycanda valideynlər arasında ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də aliment öhdəliyinin hansı hallarda başa çatması ilə bağlıdır. Xüsusilə əlilliyi olan uşaqların 18 yaşına çatdıqdan sonra aliment alıb-almayacağı və valideynin bu öhdəliyinin davam edib-etməyəcəyi vətəndaşları maraqlandıran əsas suallardandır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Rafiq Alışov bildirib ki, ümumi qaydaya əsasən valideynlərin azyaşlı uşaqlara aliment ödəmək öhdəliyi uşağın 18 yaşı tamam olduqda başa çatır. Lakin qanunvericilikdə bunun mühüm istisnaları da nəzərdə tutulub.
Vəkilin sözlərinə görə, əgər övlad 18 yaşına çatdıqdan sonra da əlilliyi davam edirsə və sağlamlıq vəziyyətinə görə əmək qabiliyyəti məhduddursa, eyni zamanda maddi yardıma ehtiyacı varsa, həmin şəxs aliment almaq hüququnu itirmir. Belə hallarda aliment məsələsi artıq yetkinlik yaşına çatmış əlilliyi olan şəxsin təminatı baxımından qiymətləndirilir.
Rafiq Alışov qeyd edib ki, bu hüquq avtomatik şəkildə yaranmır. Yetkinlik yaşına çatmış əlilliyi olan şəxs və ya onun qanuni nümayəndəsi məhkəməyə müraciət etməli və alimentin davam etdirilməsi barədə iddia qaldırmalıdır. Məhkəmə isə qərar qəbul edərkən bir neçə mühüm amili araşdırır.
“Əgər uşaq 18 yaşını tamam etdikdən sonra da əlilliyi qüvvədə qalırsa və onun maddi yardıma ehtiyacı varsa, qanun həmin şəxsin valideynindən aliment tələb etmək hüququnu tanıyır. Lakin bunun üçün məhkəməyə müraciət olunmalı, əlillik statusu və maddi ehtiyac sübut edilməlidir”, – deyə vəkil bildirib.
Onun sözlərinə görə, məhkəmə yalnız əlillik faktını deyil, həm də aliment tələb edən şəxsin həqiqətən maddi təminata ehtiyacının olub-olmadığını, eləcə də aliment ödəyəcək valideynin maddi imkanlarını nəzərə alır. Yəni hər bir iş fərdi qaydada qiymətləndirilir və bütün sübutlar araşdırıldıqdan sonra qərar qəbul edilir.
Vəkil vurğulayıb ki, üçüncü qrup əlillik statusu olan şəxslər də qanunvericiliyin müəyyən etdiyi şərtlər daxilində aliment tələb edə bilərlər. Əsas məsələ əlilliklə yanaşı, həmin şəxsin özünü təmin etmək imkanının məhdud olması və maddi yardıma real ehtiyacının mövcudluğudur.
Rafiq Alışov hesab edir ki, bir çox valideynlər 18 yaş tamam olduqdan sonra aliment öhdəliyinin bütün hallarda bitdiyini düşünürlər. Halbuki ailə qanunvericiliyi əlilliyi olan və yardıma ehtiyacı davam edən yetkin övladların sosial müdafiəsini təmin etmək məqsədilə bu hüququ ayrıca qoruyur.
Vəkil sonda vətəndaşlara tövsiyə edib ki, belə hallarda hüquqi vəziyyətlərini dəqiq qiymətləndirmək üçün ailə hüququ üzrə mütəxəssisə müraciət etsinlər və zəruri sənədlərlə birlikdə məhkəmə qaydasında hüquqlarını müdafiə etsinlər. Onun sözlərinə görə, məhkəmə iddiası qaldırıldığı təqdirdə alimentin davam etdirilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək.
19:54 / 07 Sentyabr 2026
47
19:50 / 07 Sentyabr 2026
264
19:48 / 07 Sentyabr 2026
60
19:45 / 07 Sentyabr 2026
43
19:44 / 07 Sentyabr 2026
54
19:32 / 07 Sentyabr 2026
261
19:30 / 07 Sentyabr 2026
56
18:20 / 07 Sentyabr 2026
20
18:03 / 07 Sentyabr 2026
60
17:55 / 07 Sentyabr 2026
79
17:45 / 07 Sentyabr 2026
60
17:30 / 07 Sentyabr 2026
65
17:05 / 07 Sentyabr 2026
96
16:55 / 07 Sentyabr 2026
102
16:54 / 07 Sentyabr 2026
85
16:38 / 07 Sentyabr 2026
80
16:33 / 07 Sentyabr 2026
106
16:30 / 07 Sentyabr 2026
75
16:18 / 07 Sentyabr 2026
76
16:07 / 07 Sentyabr 2026
81
16:05 / 07 Sentyabr 2026
97
16:04 / 07 Sentyabr 2026
77
15:55 / 07 Sentyabr 2026
409
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.