Çətin vəziyyətə düşən şəxs belə xilas edildi
18 Oktyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
30.07.2026, 10:11
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ADA Universitetinin tərəfdaşlığı ilə 15–26 iyul tarixlərində şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşıb.
“Zəfər” Amerika Yay Düşərgəsinin əsas məqsədi şəhid övladlarının beynəlxalq təcrübə qazanmalarına, liderlik və akademik bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, eləcə də onların beynəlxalq təhsil və əməkdaşlıq imkanları ilə yaxından tanış olmalarına töhfə vermək olub.
İki həftə davam edən proqram çərçivəsində iştirakçılar ABŞ-nin siyasi, tarixi və akademik mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgə iştirakçıları Ağ Ev, ABŞ Kapitolu, ABŞ Ali Məhkəməsi və Konqres Kitabxanası kimi ölkənin mühüm dövlət institutlarını ziyarət edib, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Vaşinqton şəhərində fəaliyyət göstərən ADA Evində keçirilən təlim, seminar və mühazirələrdə iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Smitsonian İnstitutu, Milli İncəsənət Qalereyası, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi Mount Vernon malikanəsi və Arlinqton Milli Məzarlığını da ziyarət edərək ölkənin tarixi, mədəniyyəti və dövlətçilik ənənələri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, proqramda cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetinin ümumilikdə 10 nəfər şəhid övladı iştirak edib.
Veysəloğlu Şirkətlər Qrupu sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələri və onların övladlarının təhsilinə, şəxsi inkişafına və gələcək uğurlarına töhfə verən layihələrə davamlı dəstək göstərir. Şirkət gənclərin beynəlxalq bilik və təcrübə qazanmasını, onların potensialının inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsini özünün prioritet istiqamətlərindən biri hesab edir.




22:54 / 18 Oktyabr 2026
25
22:03 / 18 Oktyabr 2026
70
21:52 / 18 Oktyabr 2026
67
21:31 / 18 Oktyabr 2026
81
21:26 / 18 Oktyabr 2026
87
21:20 / 18 Oktyabr 2026
67
21:13 / 18 Oktyabr 2026
130
21:08 / 18 Oktyabr 2026
92
20:58 / 18 Oktyabr 2026
66
20:39 / 18 Oktyabr 2026
90
20:25 / 18 Oktyabr 2026
97
20:09 / 18 Oktyabr 2026
128
19:56 / 18 Oktyabr 2026
155
19:42 / 18 Oktyabr 2026
187
19:30 / 18 Oktyabr 2026
862
19:19 / 18 Oktyabr 2026
105
19:09 / 18 Oktyabr 2026
82
18:55 / 18 Oktyabr 2026
609
18:50 / 18 Oktyabr 2026
85
18:47 / 18 Oktyabr 2026
114
18:37 / 18 Oktyabr 2026
146
18:32 / 18 Oktyabr 2026
1350
18:30 / 18 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.