Nikahsız yaşayan şəxsin tikilən evdə hüququ varmı? – Hüquqi izah
04 Sentyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
308
28.07.2026, 14:45
Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də avtomobillərin hüquqi taleyi ilə bağlıdır. Xüsusilə vətəndaşları maraqlandıran suallardan biri belədir: “Subay vaxtı aldığım avtomobili ailə qurduqdan sonra satıb, üzərinə öz vəsaitimdən pul əlavə edərək başqa avtomobil almışam. İndi boşanırıq. Yeni avtomobildən həyat yoldaşıma pay düşürmü?”
Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, bu cür hallarda məsələyə fərdi qaydada yanaşılır və əsas meyar məhkəmədə təqdim olunan sübutlardır.
Vəkilin sözlərinə görə, nikahdan əvvəl əldə edilmiş əmlak qanunvericiliyə əsasən şəxsin şəxsi mülkiyyəti hesab olunur. Lakin həmin əmlak satıldıqdan sonra onun vəsaiti hesabına yeni əmlak alınarsa, məhkəmə ilk növbədə bu iki əmlak arasında hüquqi və maliyyə əlaqəsinin olub-olmadığını araşdırır.
“Şəxs məhkəmədə sübut etməlidir ki, nikahdan əvvəl ona məxsus avtomobil olub, həmin avtomobili satıb və əldə etdiyi vəsaiti yeni avtomobilin alınmasına yönəldib. Bu zaman alqı-satqı müqavilələri, bank köçürmələri, ödəniş qəbzləri və digər sənədlər mühüm sübut kimi qiymətləndirilir”, – deyə vəkil vurğulayıb.
Esmira Rzayevanın sözlərinə görə, burada vaxt amili də mühüm rol oynayır. Əgər əvvəlki avtomobil satıldıqdan qısa müddət sonra, məsələn, bir neçə gün və ya bir neçə həftə ərzində yeni avtomobil alınarsa və vəsaitin məhz əvvəlki satışdan əldə edildiyi təsdiqlənərsə, həmin məbləğin şəxsin nikahdan əvvəlki şəxsi əmlakı olduğu qəbul edilə bilər.
“Əgər şəxs avtomobilini satdıqdan 10 gün sonra həmin vəsaitin üzərinə, məsələn, 2 min manat əlavə edərək yeni avtomobil alıbsa, məhkəmə həmin avtomobilin hansı hissəsinin şəxsi vəsait, hansı hissəsinin isə nikah dövründə formalaşmış ümumi əmlak hesabına əldə edildiyini müəyyənləşdirəcək”, – deyə o bildirib.
Vəkilin izahına görə, belə vəziyyətdə nikah dövründə əlavə olunan 2 min manat ümumi ailə vəsaiti hesab edilərsə, onun yarısı hər bir tərəfin payı kimi qiymətləndirilə bilər. Lakin nikahdan əvvəl satılmış avtomobilin dəyərinə uyğun gələn hissə sübut olunduğu halda həmin hissə şəxsin şəxsi mülkiyyəti kimi saxlanılır və bölünmür.
Esmira Rzayeva qeyd edib ki, əgər əvvəlki avtomobil satıldıqdan uzun müddət sonra – məsələn, bir neçə il keçdikdən sonra yeni avtomobil alınarsa, həmin vəsaitin məhz əvvəlki satışdan qaldığını sübut etmək xeyli çətinləşir. Belə hallarda məhkəmə yeni avtomobili nikah dövründə əldə edilmiş ümumi əmlak kimi qiymətləndirə bilər.
Vəkil vətəndaşlara tövsiyə edib ki, nikahdan əvvəl əldə etdikləri əmlakı sataraq yeni əmlak alarkən bütün alqı-satqı sənədlərini, ödəniş qəbzlərini və bank əməliyyatlarını mütləq saxlasınlar. Onun sözlərinə görə, gələcəkdə əmlak bölgüsü ilə bağlı mübahisə yarandıqda məhz bu sənədlər şəxsin hüquqlarının qorunmasında əsas rol oynayır.
Sonda Esmira Rzayeva vurğulayıb ki, hər bir əmlak bölgüsü işi fərdi qaydada araşdırılır və yekun qərar təqdim olunan sübutlar, maliyyə sənədləri və işin konkret hallarına əsasən məhkəmə tərəfindən qəbul edilir. Buna görə də oxşar vəziyyətlə üzləşən şəxslərin hüquqi yardım alaraq məhkəməyə tam sübut bazası təqdim etməsi vacibdir
23:52 / 06 Sentyabr 2026
5
23:31 / 06 Sentyabr 2026
41
23:02 / 06 Sentyabr 2026
101
22:35 / 06 Sentyabr 2026
62
22:00 / 06 Sentyabr 2026
67
21:24 / 06 Sentyabr 2026
66
21:14 / 06 Sentyabr 2026
56
21:10 / 06 Sentyabr 2026
57
21:00 / 06 Sentyabr 2026
101
20:32 / 06 Sentyabr 2026
56
20:25 / 06 Sentyabr 2026
81
20:15 / 06 Sentyabr 2026
70
19:58 / 06 Sentyabr 2026
61
19:44 / 06 Sentyabr 2026
90
18:50 / 06 Sentyabr 2026
79
18:40 / 06 Sentyabr 2026
87
18:15 / 06 Sentyabr 2026
93
15:39 / 06 Sentyabr 2026
1663
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
106
14:14 / 06 Sentyabr 2026
90
14:00 / 06 Sentyabr 2026
93
13:25 / 06 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.