İlham Əliyev və xanımı Cəbrayılda..- Foto
06 Noyabr 2026, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
359
17.10.2026, 12:22
Oxu24.com unudulmaz sənətkar Lütfəli Abdullayev haqqında maraqlı faktları təqdim edir:
Lütfəli müəllim küçəyə çıxanda hər kəs gülümsünürmüş. Bu isə qızı Xurşud xanımın acığına gedirdi: “Evə gəlib ağlayırdım ki, niyə hamı atama gülür? Mənim atam gülməli deyil axı. Evdə heç vaxt eşitmədim ki, atam kiminsə dalınca danışsın”.
Fərhad Bədəlbəyli: “Onunla rayonlarda, şəhərlərdə səfərlərdə olurdum. Kolxozçudan tutmuş sürücüyədək, birinci katibədək hamı onu sevirdi. Onu görəndə hamı gülümsünürdü. Heç nə demirdi, sadəcə salam verirdi, hamı başlayırdı gülümsəməyə”.
1945-ci ildə lentə alınan “Arşın mal alan”da yeganə aktyor idi ki, onu sınaqsız çəkmişdilər. Bunun səbəbkarı isə Üzeyir Hacıbəyov idi. Üzeyir bəy Vəli rolunun ona çox yaraşdığını demişdi. Onun rol oynadığı bütün tamaşalarda anşlaq olurdu. Şəmsi Bədəlbəyli ilə yaxın dost olublar. Lakin Lütfəli müəllim bəzən tamaşalara özündən sözlər əlavə edirmiş. Şəmsi Bədəlbəyli isə belə olduqda ona etiraz edirmiş.
Moskvada Azərbaycan mədəniyyəti günlərində “Bolşoy Teatr”da sənətkarlarımızın konsertini Stalin də izləyirmiş. Konsertdə Lütfəli Abdullayev də xor üzvü iştirak edirmiş. Tamaşadan sonra bütün xorun üzvləri Stalini alqışlayırlar və qabağa gəlirlər. Stalin musiqiçilərin orkestrin olduğu yerə yıxılacağını görüb iki əlini də qaldırıb “bəsdir, dayanın, yıxılarsınız” işarəsini verir. Lütfəli Abdullayev pərdə bağlananda həmkarlarına deyir: “Gördünüz? Stalin dedi ki, hərənizə 10 aylıq maaş veriləcək”. Bu o dövrdə böyük pul idi. Səhər DTK – “KQB” casusları Lütfəli Abdullayevi Stalin barədə zarafatı ilə bağlı sorğu sual edib incidirlər. Onu casusların əlindən zorla xilas edirlər – Fərhad Bədəlbəyli.
Aktyor küçədə tanış olduğu yad adamları evinə qonaq gətirirmiş. O, cəmi 7 sinif oxumuşdu. Qızı Gülnarə Abdullayeva: “Atam heç vaxt evdə səhər yeməyini tək yeməyib. Hər səhər süfrədə azı 4-5 nəfər olardı. Bu, anam üçün çətin idi. Anam sonra dedi ki, bu, belə adamdır, mən onu qəbul etməliyəm.
Atam orta məktəbdə ərəb əlifbası ilə oxumuşdu. Buna görə də kiril əlifbası ilə nə rusca, nə də azərbaycanca oxuya bilirdi. O, rolların mətnlərini evə gətirirdi, anam kiril əlifbasından oxuyurdu, atam isə balaca dəftərçəsində qeydlər aparırdı. Həmin dəftərçələr evdə qalır”.
Sevdiyi qız Sevda Pepinovaya 15 il sonra qovuşa bilib. Bu illər ərzində evlənməyb. Həyat yoldaşı Sevda xanım: “Lütfəli ilə yaşadığım illərdə həmişə hiss etmişəm ki, mənim arxamda dayağım var, dağ var”.
Dəfələrlə filmlərə dəvət alsa da, “mən teatr aktyoruyam”, - deyərək çəkilməkdən imtina edib.
O, ölümünü bir neçə saat əvvəldən hiss edib. Buna görə də bütün dost və tanışlarına zəng edib. Ömrünün son saatlarında Şəmsi Bədəlbəylinin ev telefonuna dəfələrlə zəng edib. Axırda Şəmsi Bədəlbəyli soruşub ki, məndən nə istəyirsən? Lütfəli Abdullayev sonra Bəxtiyar Vahabzadənin ev telefonuna zəng edib deyir: “Bəxtiyar, bu gün atan Mahmudu görəcəm. Bəlkə nəsə sözün var? De çatdırım”. Bəxtiyar Vahabzadə sözarası deyir ki, bu nə zarafatdır gecə vaxtı edirsən? Bundan sonra onlar sağollaşırlar. Bir neçə saat sonra Lütfəli Abdullayev vəfat edir.
16:22 / 06 Noyabr 2026
7
16:17 / 06 Noyabr 2026
56
16:02 / 06 Noyabr 2026
74
15:54 / 06 Noyabr 2026
88
15:50 / 06 Noyabr 2026
98
15:43 / 06 Noyabr 2026
102
15:32 / 06 Noyabr 2026
83
15:21 / 06 Noyabr 2026
89
15:14 / 06 Noyabr 2026
87
15:13 / 06 Noyabr 2026
87
15:05 / 06 Noyabr 2026
92
15:00 / 06 Noyabr 2026
567
14:58 / 06 Noyabr 2026
135
14:50 / 06 Noyabr 2026
90
14:43 / 06 Noyabr 2026
84
14:37 / 06 Noyabr 2026
110
14:30 / 06 Noyabr 2026
105
14:23 / 06 Noyabr 2026
105
14:13 / 06 Noyabr 2026
99
14:08 / 06 Noyabr 2026
110
13:57 / 06 Noyabr 2026
99
13:53 / 06 Noyabr 2026
135
13:46 / 06 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.