Bu şəxslərə daha 130 mənzil verildi - Foto
06 Noyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
579
17.10.2026, 12:55
Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin Marketinq və yeni məhsullar şöbəsinin müdiri Rza Mirzadə vəzifəsindən ayrılıb. 2018-ci ildən bu şirkətdə çalışan R.Mirzadə bir müddət öncə işdən çıxıb.
Oxu24.com xəbər verir ki o, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının birində direktor vəzifəsində fəaliyyətə başlayıb. Belə ki, o, yeni vəzifəsində nazirliyin tabeliyindəki qurumların birinin əməkdaşı olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunda fəaliyyət göstərəcək.
Qeyd edək ki, mətbuatda “Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunaraq məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. Qeyd edilir ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “Şərq-Qərb” ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib./Yurd.Media/
18:24 / 06 Noyabr 2026
1
18:13 / 06 Noyabr 2026
35
17:55 / 06 Noyabr 2026
63
17:46 / 06 Noyabr 2026
67
17:42 / 06 Noyabr 2026
169
17:29 / 06 Noyabr 2026
99
17:24 / 06 Noyabr 2026
467
17:13 / 06 Noyabr 2026
99
16:54 / 06 Noyabr 2026
105
16:44 / 06 Noyabr 2026
97
16:36 / 06 Noyabr 2026
114
16:22 / 06 Noyabr 2026
116
16:17 / 06 Noyabr 2026
121
16:02 / 06 Noyabr 2026
118
15:54 / 06 Noyabr 2026
125
15:50 / 06 Noyabr 2026
148
15:43 / 06 Noyabr 2026
169
15:32 / 06 Noyabr 2026
129
15:21 / 06 Noyabr 2026
145
15:14 / 06 Noyabr 2026
141
15:13 / 06 Noyabr 2026
135
15:05 / 06 Noyabr 2026
154
15:00 / 06 Noyabr 2026
975
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.