Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
631
09.07.2026, 14:43
Boşanma prosesində ən çox müzakirə olunan məsələlərdən biri də həyat yoldaşının xəyanətinə görə kompensasiya tələb olunub-olunmamasıdır. Bir çox şəxslər hesab edirlər ki, əgər qarşı tərəfin xəyanəti sübut olunubsa, bu halda ona qarşı maddi və ya mənəvi kompensasiya tələbi irəli sürmək mümkündür. Bəs Azərbaycan qanunvericiliyi bu məsələyə necə yanaşır?
Oxu24.com-a açıqlamasında vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan qanunvericiliyində həyat yoldaşının xəyanət etməsinə görə boşanma zamanı avtomatik şəkildə kompensasiya ödənilməsini nəzərdə tutan norma mövcud deyil.
Vəkilin sözlərinə görə, bəzi xarici ölkələrin qanunvericiliyində ailə münasibətlərinin pozulmasına səbəb olan xəyanətə görə kompensasiya mexanizmləri nəzərdə tutulsa da, Azərbaycanda belə bir hüquqi tənzimləmə yoxdur.
“Əgər həyat yoldaşının xəyanət etdiyini sübut etsəniz belə, bu fakt yalnız həmin əsasla ondan maddi kompensasiya tələb etmək hüququ yaratmır. Yəni, qüvvədə olan qanunvericilikdə xəyanətə görə xüsusi kompensasiya mexanizmi nəzərdə tutulmayıb”, – deyə vəkil vurğulayıb.
E.Rzayevanın sözlərinə görə, belə hallarda hüquqi baxımdan ən effektiv vasitələrdən biri nikah müqaviləsidir.
“Əgər nikah bağlanarkən tərəflər nikah müqaviləsi bağlayıb və həmin müqavilədə xəyanət halı baş verərsə, kompensasiya ödənilməsi barədə xüsusi şərt müəyyən ediblərsə, bu halda həmin şərtin icrası hüquqi qüvvəyə malik ola bilər. Təəssüf ki, ölkəmizdə nikah müqavilələrinin bağlanması hələ də geniş yayılmayıb”, – deyə o qeyd edib.
Bununla yanaşı, vəkil bildirib ki, müəyyən hallarda xəyanət nəticəsində mənəvi zərər çəkən şəxs məhkəməyə müraciət edərək mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Lakin bunun üçün təkcə xəyanət faktını sübut etmək kifayət etmir.
“Şəxs göstərməlidir ki, həmin hadisə nəticəsində ağır psixoloji sarsıntı keçirib, sağlamlığına və ya normal həyat tərzinə ciddi təsir göstərən mənəvi zərər yaranıb. Bu kimi hallar tibbi sənədlər, ekspert rəyləri və digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yalnız bu sübutlar əsasında mənəvi zərərin ödənilməsi məsələsini qiymətləndirə bilər”, – deyə hüquqşünas bildirib.
Vəkil diqqətə çatdırıb ki, bu istiqamətdə hüquqi təcrübənin formalaşmasında Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarı da mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, həmin qərarda ailə münasibətlərindən irəli gələn mənəvi zərərin qiymətləndirilməsi ilə bağlı mühüm hüquqi yanaşmalar əks olunub. Sənəddə xüsusilə qeyd edilir ki, ailə münasibətləri dövründə tərəflərə məlum olmuş şəxsi və ailə sirrlərinin boşanmadan sonra qanunsuz şəkildə yayılması da mənəvi zərərin yaranmasına səbəb ola bilər və belə hallarda zərərçəkmiş tərəf məhkəmədə kompensasiya tələbi irəli sürə bilər.
“Hazırda xəyanətə görə ayrıca kompensasiya norması olmasa da, şəxsin çəkdiyi mənəvi zərər məhkəmədə sübut olunarsa, Ali Məhkəmənin hüquqi mövqeyi də nəzərə alınmaqla kompensasiya tələbi irəli sürülməsi mümkündür. Bu isə artıq hər bir konkret iş üzrə təqdim olunan sübutlardan və məhkəmənin hüquqi qiymətləndirməsindən asılı olacaq”, – deyə vəkil Esmira Rzayeva əlavə edib.
Jalə
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.