Vəfat etmiş şəxsin torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – AÇIQLAMA
11 Noyabr 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
8464
24.05.2026, 23:32
Ailədə iki azyaşlı uşaq var. Valideynlərdən biri əmək müqaviləsi əsasında işləyir, digər valideyn isə analıq məzuniyyətindədir. Bu halda analıq məzuniyyətində olan valideyn və azyaşlı uşaqlar işləyən valideynin himayəsində olan şəxslər kimi nəzərə alına bilərmi? Belə olan halda işləyən valideynə Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş aylıq 50 manat məbləğində gəlir vergisi güzəştinin tətbiq edilməsi mümkündürmü? Göstərilən güzəştdən istifadə üçün hansı təsdiqedici sənədlər təqdim olunmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Əgər hər iki valideyn işləyirsə, bu güzəşt valideynlərin hər ikisinə deyil, yalnız birinə şamil edilir
Bildirilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda, 50 manat məbləğində azaldılır.
Sorğuya cavab olaraq bildiririk ki, analıq məzuniyyəti dövründə alınan müavinət bu güzəştdən istifadə etmək üçün maneə yaratmır. Bu halda iki azyaşlı uşaq və həyat yoldaşı daxil olmaqla, himayənizdə olan şəxslərin sayı 3-ə çatdığı üçün sözügedən güzəştdən istifadə etmək hüququnuz yaranır.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
13:58 / 11 Noyabr 2026
7
13:54 / 11 Noyabr 2026
58
13:48 / 11 Noyabr 2026
47
13:44 / 11 Noyabr 2026
93
13:41 / 11 Noyabr 2026
49
13:33 / 11 Noyabr 2026
152
13:27 / 11 Noyabr 2026
92
13:19 / 11 Noyabr 2026
66
13:13 / 11 Noyabr 2026
72
12:57 / 11 Noyabr 2026
128
12:54 / 11 Noyabr 2026
126
12:48 / 11 Noyabr 2026
102
12:44 / 11 Noyabr 2026
147
12:35 / 11 Noyabr 2026
235
12:32 / 11 Noyabr 2026
106
12:29 / 11 Noyabr 2026
90
12:24 / 11 Noyabr 2026
667
12:19 / 11 Noyabr 2026
506
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
98
11:57 / 11 Noyabr 2026
726
11:50 / 11 Noyabr 2026
161
11:49 / 11 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.