Sürücülərə vacib xəbər: Bunu edənlər avtoxuliqan hesab olunacaq
11 İyun 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
456
20.05.2026, 10:31
Cinayətin açılmasına fəal kömək etmək nə deməkdir? – Hüquqşünas İZAH EDİR
Cinayət törətmiş şəxsin istintaqla əməkdaşlıq etməsi və cinayətin açılmasına fəal kömək göstərməsi qanunvericilikdə cəzanı yüngülləşdirən, bəzi hallarda isə məsuliyyətdən tamamilə azad edən mühüm amillərdən biridir.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Oxu24.com-a açıqlamasında oxucular üçün mühüm məqamlara aydınlıq gətirib.
Fəal kömək göstərmə nədir və bura nələr daxildir?
Hüquqşünas qeyd edir ki, fəal kömək göstərmə cinayəti törətmiş şəxsin könüllü şəkildə gəlib təqsirini boynuna alması (təqsirini etiraf etməsi) və bundan sonra cinayətin tam açılması üçün hüquq-mühafizə orqanlarına real köməklik etməsidir. Bura aşağıdakı hərəkətlər daxildir:
-Cinayətin detallarını açıqlamaq: Məsələn, qətl hadisələrində zərərçəkmiş şəxsin harada basdırıldığını, gizlədildiyini göstərmək;
Cinayət alətlərini təqdim etmək: Hadisə zamanı hansı alətlərdən istifadə olunduğunu və onların harada gizlədildiyini hüquq-mühafizə orqanlarına bildirmək;
-Digər iştirakçıların adını vermək: Bəli, cinayətin törədilməsində kimlərin köməkliyindən istifadə olunduğunu, digər iştirakçıların, təhrikçilərin və ya köməkçilərin kimliyini açıqlamaq fəal kömək göstərmənin əsas şərtlərindən biridir;
-Cinayət yolu ilə əldə edilmiş əmlakın tapılması: Cinayət nəticəsində əldə olunmuş var-dövlətin, əmlakın axtarılıb tapılmasına birbaşa yardım etmək.
Həmçinin şəxs cinayətin birbaşa icraçısı olmaya bilər (məsələn, köməkçi və ya təhrikçi olub), lakin hadisə baş verməmişdən öncə vaxtında hüquq-mühafizə orqanlarına məlumat verərək cinayətin törədilməsinin qarşısını alarsa, bu da fəal köməklik kimi qiymətləndirilir.
Qanunvericilik bu hallarda hansı güzəştləri nəzərdə tutur?
Ramil Süleymanovun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına və cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal kömək göstərməsi cəzanı yüngülləşdirən hal hesab olunur.
Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə isə, bu növ yüngülləşdirici hallar mövcud olduqda, məhkəmə şəxsə qanunda nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də az cəza təyin edə bilər və ya əlavə cəzanın təyin olunmamasından imtina edə bilər.
Zərərçəkmiş razı olmasa, amma ziyan tam ödənilsə, məsuliyyətdən azad etmə mümkündürmü?
Vətəndaşları ən çox maraqlandıran məqamlardan biri də zərərçəkmiş tərəflə barışıq əldə olunmadıqda, lakin ziyan tam ödənildikdə şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməyəcəyidir.
Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən (az ağır) cinayət törətmiş şəxs:
1.Könüllü gəlib təqsirini boynuna aldıqda,
2.Cinayətin istintaqına və açılmasına fəal kömək göstərdikdə,
3.Törətdiyi əməl nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə (və ya digər yollarla nəticələrini aradan qaldırdıqda).
Zərərçəkmiş şəxsin razılığı (barışığı) olmasa belə, qanunvericiliyin bu tələblərini yerinə yetirdiyi üçün cinayət məsuliyyətindən tamamilə azad oluna bilər. Yəni, fəal peşmançılıq və ziyanın tam ödənilməsi böyük ictimai təhlükə törətməyən cinayətlərdə zərərçəkmişin subyektiv rəyindən asılı olmayaraq şəxsə məsuliyyətdən azad olunma imkanı tanıyır.
Çimnaz Telmanqızı
23:13 / 11 İyun 2026
19
22:54 / 11 İyun 2026
59
22:48 / 11 İyun 2026
73
22:43 / 11 İyun 2026
65
22:29 / 11 İyun 2026
58
22:09 / 11 İyun 2026
77
21:53 / 11 İyun 2026
70
21:39 / 11 İyun 2026
68
21:28 / 11 İyun 2026
76
21:12 / 11 İyun 2026
105
20:37 / 11 İyun 2026
77
20:30 / 11 İyun 2026
88
20:10 / 11 İyun 2026
92
20:06 / 11 İyun 2026
90
20:04 / 11 İyun 2026
90
19:52 / 11 İyun 2026
95
19:51 / 11 İyun 2026
97
19:39 / 11 İyun 2026
96
19:29 / 11 İyun 2026
880
19:26 / 11 İyun 2026
75
19:22 / 11 İyun 2026
97
19:19 / 11 İyun 2026
80
19:14 / 11 İyun 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.