Vəfat etmiş şəxsin torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – AÇIQLAMA
11 Noyabr 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1678
14.05.2026, 20:31
Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.
Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi: “Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb”.
Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər: “Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq”.
E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır: “Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq”.
20:22 / 11 Noyabr 2026
25
20:19 / 11 Noyabr 2026
27
20:08 / 11 Noyabr 2026
35
19:57 / 11 Noyabr 2026
88
19:49 / 11 Noyabr 2026
66
19:43 / 11 Noyabr 2026
64
19:33 / 11 Noyabr 2026
76
19:19 / 11 Noyabr 2026
129
19:07 / 11 Noyabr 2026
96
18:42 / 11 Noyabr 2026
400
18:39 / 11 Noyabr 2026
196
18:35 / 11 Noyabr 2026
164
18:30 / 11 Noyabr 2026
189
18:29 / 11 Noyabr 2026
210
18:23 / 11 Noyabr 2026
137
18:17 / 11 Noyabr 2026
210
18:13 / 11 Noyabr 2026
167
18:06 / 11 Noyabr 2026
733
18:01 / 11 Noyabr 2026
117
17:42 / 11 Noyabr 2026
325
17:40 / 11 Noyabr 2026
204
17:35 / 11 Noyabr 2026
489
17:16 / 11 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.