Boşanma zamanı avtomobil bölünürmü? – Hüquqi izah
13 Aprel 2026, 15:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
540
05.03.2026, 12:08
Nikahdan kənar uşaqların hüquqi statusu müasir cəmiyyətdə aktual məsələdir. Statistika göstərir ki, bu hallar illər üzrə dəyişir, lakin hüquqi tənzimlənməsi Ailə Məcəlləsində xüsusi fəsil ilə müəyyən olunub. Məhz bu tənzimləmə, uşaqların mənşəyinin müəyyən olunması və onların hüquqlarının qorunması baxımından əsas rol oynayır. Lakin statistik rəqəmlərin günü-gündən dəyişməsi və artması cəmiyyətdə birmənalı qarşılanmır.
Bu mövzuya aydınlıq gətirmək üçün vəkil Fuad Məmmədov Oxu24.com -a açıqlama verib.
Ümumiyyətlə nikahdankənar uşaqlar dövrümüzün aktual problemlərindən biridir.
Statistikada göstərir ki, bəli, fərqli tendensiyalar var, müxtəlif illərdən asılı olaraq bu say artıb-azalır. Misal üçün, baxıram statistikaya, 2016-cı ildə nikahdankənar doğulan uşaqların sayı 26 288. Sonra 2019-cu ildə 21 453, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 556, 2022-ci ildə 18 814. Yəni statistikada da görsənir ki, 2016-cı ildə 26 min olub, amma sonradan bu rəqəm aşağı düşübdür və sonradan təzədən 2022-ci ildə yenidən qalxıb.
Ümumiyyətlə, burada bir çox faktorlar var. Müəyyən dövrlərdə ola bilər ki, pandemiya buna təsir eləsin və yaxud da ki, bilirsiniz ki, 2025-ci ilin ikinci yarısından, yəni iyulun 1-dən artıq qanunvericiliklə qohum nikahları qadağan olunub. Ola bilər ki, son dövrlərdə və orada eyni zamanda nikaha daxil olmaq yaşı 17-dən 18-ə qaldırılıb. Ola bilər ki, bu faktorlar yenidən nikahdankənar doğulan uşaqların sayının artmasına təsir edib.
Həmçinin oxuyun
İndi gələk bunun hüquqi tənzimlənməsinə. Hüquqi dillə desək, bu uşaqların mənşəyinin müəyyən olunması və Ailə Məcəlləsinin xüsusi bir fəsli var. Bununla bağlı, 10-cu fəsil, uşaqların mənşəyinin müəyyən olunması. Ailə Məcəlləsi deyir ki, uşağın anadan mənşəyi, ananın uşağın tibb müəssisəsində doğulmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
Ailə Məcəlləsi deyir ki, əgər uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır, uşağın atasının və babasının adı uşağın anasının göstərişi ilə yazılır. Yəni Ailə Məcəlləsində bu tənzimlənir.
Uşaqların nikahdankənar olması onları gələcəkdə hər hansısa hüquqdan məhrum etmir. Yəni burada necə məhrum etmə ola bilər? Əgər uşaq nikahdankənar doğulubsa və uşağın şəxsiyyət vəsiqəsində onun real atasının adı yazılmayıbsa, bilirsiniz ki, hər bir uşağın, vərəsəlik hüququ vardır. İndi bunun atası göstərilmədiyindən, gələcəkdə o atasını bilmədiyindən, kimin övladı olduğunu bilmədiyindən, gələcəkdə ata tərəfdən vərəsə ola bilməz və yaxud da ki, qanuni vərəsəlik üçün müraciət edə bilməz.Burada ancaq məhdudiyyət vərəsəlik məsələsi ilə bağlıdır.
Mən belə düşünürəm ki, məhdudiyyət yaradan normalar olmalıdır. Nikahdankənar münasibətlər tanınmasın və nikahdankənar doğulan uşaqlara da, hər hansı bir məhdudiyyətlər qoyulsun ki, bunların sayı azalsın.
Bunun üçün qanunvericiliyə mütləq şəkildə dəyişiklik olmalıdır. Yəni qanunvericiliyə dəyişiklik olmadan, qanunvericilik sərtləşdirilmədən bunun qarşısını almaq mümkün deyil. Çünki indiki qanunvericilik bunu, buna imkan verir.
Ülkər Rəhmanqızı
19:44 / 14 Aprel 2026
36
19:30 / 14 Aprel 2026
58
19:29 / 14 Aprel 2026
36
19:28 / 14 Aprel 2026
37
19:25 / 14 Aprel 2026
28
19:21 / 14 Aprel 2026
36
19:06 / 14 Aprel 2026
469
19:05 / 14 Aprel 2026
50
19:00 / 14 Aprel 2026
40
18:57 / 14 Aprel 2026
47
18:44 / 14 Aprel 2026
213
18:41 / 14 Aprel 2026
49
18:35 / 14 Aprel 2026
54
18:27 / 14 Aprel 2026
61
18:16 / 14 Aprel 2026
290
18:07 / 14 Aprel 2026
1376
18:05 / 14 Aprel 2026
71
18:02 / 14 Aprel 2026
105
17:58 / 14 Aprel 2026
42
17:54 / 14 Aprel 2026
48
17:45 / 14 Aprel 2026
55
17:39 / 14 Aprel 2026
79
17:31 / 14 Aprel 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.