Vəfat etmiş şəxsin torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – AÇIQLAMA
11 Noyabr 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
590
25.05.2026, 08:43
Mən fiziki şəxs olaraq mənzilimi yerli fiziki şəxsə, kommunal ödənişlər daxil olmaqla, 600 manata kirayəyə vermişəm. Bilmək istəyirəm ki, ödəmə mənbəyindən vergi hesablanarkən 10% vergi həmin məbləğdən birbaşa hesablanır, yoxsa kommunal xərclər çıxıldıqdan sonra hesablanır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.
Sorğuya cavab olaraq bildirilib ki, daşınmaz əmlakın kirayəsindən əldə olunan gəlir üzrə vergi öhdəliyi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş kirayə haqqı məbləğinə tətbiq olunur. Əgər müqavilədə kirayə haqqı 600 manat qeyd edilibsə, vergi birbaşa həmin məbləğ üzərindən hesablanacaq.
Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri
13:54 / 11 Noyabr 2026
2
13:48 / 11 Noyabr 2026
23
13:44 / 11 Noyabr 2026
78
13:41 / 11 Noyabr 2026
33
13:33 / 11 Noyabr 2026
140
13:27 / 11 Noyabr 2026
84
13:19 / 11 Noyabr 2026
55
13:13 / 11 Noyabr 2026
64
12:57 / 11 Noyabr 2026
125
12:54 / 11 Noyabr 2026
120
12:48 / 11 Noyabr 2026
96
12:44 / 11 Noyabr 2026
145
12:35 / 11 Noyabr 2026
223
12:32 / 11 Noyabr 2026
104
12:29 / 11 Noyabr 2026
88
12:24 / 11 Noyabr 2026
641
12:19 / 11 Noyabr 2026
489
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
95
11:57 / 11 Noyabr 2026
697
11:50 / 11 Noyabr 2026
157
11:49 / 11 Noyabr 2026
220
11:43 / 11 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.