SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
530
25.05.2026, 10:10
ABŞ Prezidenti Donald Tramp İranla sazişin hələ tam yekunlaşdırılmadığını bildirib.
Oxu24.com-un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.
"Əgər İranla saziş bağlasam, bu, yaxşı və düzgün bir razılaşma olacaq, Obamanın (ABŞ-nin 44-cü Prezidenti Barak-red) etdiyi kimi İrana külli miqdarda pul qazandıran və nüvə silahı əldə etməsinə yol açan bir razılaşma olmayacaq", - Tramp yazıb.
O, əlavə edib ki, potensial razılaşmanın hazırkı versiyasını hələ heç kim görməyib və tam yekunlaşdırılmayıb.
"Heç nə bilmədikləri şeyləri tənqid edən məğlublara qulaq asmayın. Məndən əvvəl gələn və illər əvvəl bu problemi həll etməli olanlardan fərqli olaraq, mən pis sazişlər bağlamıram", - ABŞ lideri qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
13:54 / 11 Noyabr 2026
2
13:48 / 11 Noyabr 2026
23
13:44 / 11 Noyabr 2026
78
13:41 / 11 Noyabr 2026
33
13:33 / 11 Noyabr 2026
140
13:27 / 11 Noyabr 2026
84
13:19 / 11 Noyabr 2026
55
13:13 / 11 Noyabr 2026
64
12:57 / 11 Noyabr 2026
125
12:54 / 11 Noyabr 2026
120
12:48 / 11 Noyabr 2026
96
12:44 / 11 Noyabr 2026
145
12:35 / 11 Noyabr 2026
223
12:32 / 11 Noyabr 2026
104
12:29 / 11 Noyabr 2026
88
12:24 / 11 Noyabr 2026
641
12:19 / 11 Noyabr 2026
489
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
95
11:57 / 11 Noyabr 2026
697
11:50 / 11 Noyabr 2026
157
11:49 / 11 Noyabr 2026
220
11:43 / 11 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.