Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
12 Avqust 2025, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
HÜQUQ
375
30.04.2025, 14:42
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması və vəkillik institutunun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən üzvlüyə qəbul prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə tam şəffaflıq və obyektivlik prinsipləri əsasında ixtisas imtahanlarının təşkili təmin olunub.
Aprelin 30-da isə yazılı və şifahi mərhələlərdə uğur qazanmış 105 vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimə start verilib.
Bu təlim gələcək vəkillərin peşəkar bilik və bacarıqlarının artırılmasına, onların hüquqi praktikaya hazırlıqlı şəkildə daxil olmasına xidmət edir və Kollegiyanın keyfiyyətli hüquqi yardımın təmininə verdiyi önəmin bariz nümunəsidir.
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar arzulayıb, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişiklik münasibətilə bütün vəkilləri təbrik edib. Prorektor Kollegiya ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən pulsuz hüquqi yardımın məqsəd və əhəmiyyətindən bəhs edib. Həmçinin Ədliyyə Akademiyasında təşkil edilən təlimdən danışan Elçin Xəlilov vəkilliyə namizədlərin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik bacarıqlarla da yiyələnməsinin zəruriliyini vurğulayıb.
Prorektor ARVK-nın müstəqil təsisat kimi son illərdə sürətli inkişaf yolu keçdiyini və bu dövrdə vəkil sayının üç dəfədən çox artdığını diqqətə çatdırıb. Kollegiyanın ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən digər qurumlarla sıx və səmərəli əməkdaşlıq münasibətləri qurduğunu söyləyən Elçin Xəlilov bu əlaqələrin dərin və möhkəm əsaslara dayandığını bildirib.
Həmçinin prorektor iki həftə davam edəcək təlim proqramının məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edərək, bu mərhələdə praktik bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəyini dilə gətirib. Onun sözlərinə görə, təlimlərə peşəkar vəkil və hüquqşünaslar da təlimçi qismində cəlb olunacaq ki, bu da iştirakçıların real hüquqi prosesləri daha dərindən mənimsəməsinə imkan yaradacaq.
ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara təlim müddətində uğurlar diləyib, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi yüksək qiymətləndirib. Bu qərarın dövlətin vəkillik institutuna verdiyi önəmin göstəricisi olduğunu və vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının daha da yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib.
Sədr qeyd edib ki, bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, eyni zamanda vəkillərin peşə hazırlığının möhkəmləndirilməsi, praktiki bacarıqların inkişaf etdirilməsi və beynəlxalq hüquqi təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təlimin məzmununun çağdaş hüquqi çağırışlara cavab verdiyini vurğulayan Anar Bağırov vəkil peşəsinə qəbul olunan şəxslərin cəmiyyətin ədalətə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayacağını söyləyib.
Həmçinin oxuyun
Diqqətə çatdırılıb ki, vəkilliyə qəbul üzrə test imtahanları ARVK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması məqsədilə videoyazı tətbiq edilir və bütün namizədlərə eyni məzmunlu suallar təqdim olunur.
Sədr bildirib ki, icbari təlim çərçivəsində insan hüquqlarının müdafiəsi, vəkil etikası və digər aktual mövzular üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə keçiriləcək. Anar Bağırov əlavə edib ki, təlimdə iştirak edən 105 vəkilliyə namizəddən 34 nəfəri qadın, 71 nəfəri isə kişidir. Namizədlərin 84 faizi 40 yaşadək şəxslərdir ki, bu da vəkillik peşəsinə gənc hüquqşünasların marağının artdığını göstərir. Təlim iştirakçılarının 62 faizi Bakı şəhəri üzrə, 38 faizi isə bölgələr üzrə qeydiyyatdadır. Bu göstəricilər regionlarda hüquqi yardımın əlçatanlığının genişləndirilməsi baxımından müsbət əhəmiyyət daşıyır.
Eyni zamanda sədr çıxışında vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, son illərdə Azərbaycan vəkilliyində mühüm islahatlar həyata keçirilib. Vəkillərin sayının artırılması, institutun yenilənməsi, cavanlaşdırılması və müasirləşməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bildirilib ki, tədris sahəsində də ciddi dəyişikliklər baş verib və bu istiqamətdə zəruri islahatlar aparılıb. Təlim proqramlarının hazırlanması və həyata keçirilməsi prosesi Ədliyyə Akademiyası ilə sıx əməkdaşlıq şəraitində baş tutur. Əvvəlki illərlə müqayisədə bu gün daha təkmil, məqsədyönlü və effektiv tədris proqramı tətbiq olunur ki, bu da vəkilliyə namizədlərin nəzəri və praktiki hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Anar Bağırov təlimlərin yüksək səviyyədə təşkil edilməsinə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkür edib.
Sonra Anar Bağırov çıxışının davamında son illərdə ARVK-nın bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olduğunu söyləyərək, bu istiqamətdə əldə olunan uğurlardan və yerli dövlət qurumları ilə qurulan səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Sədr vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən tam dəstəkləndiyini xüsusi vurğulayıb.
Bundan başqa, Anar Bağırov xüsusilə vurğulayıb ki, vəkillər peşə borcunu vicdanla yerinə yetirməli, qanunvericiliyin tələblərinə və vəkillərin etik davranış kodeksinə ciddi riayət etməlidirlər. Onlar vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, hər hansı qeyri-qanuni davranışa və qeyri-prosessual normalardan kənar münasibətlərə yol verməməlidirlər. Sədr bəzi hallarda müşahidə olunan formal vəkillik fəaliyyəti və qeyri-prosessual davranışların vəkillik institutunun nüfuzuna xələl gətirdiyini qeyd edərək, Kollegiyanın bu cür hallara qarşı prinsipial və barışmaz mövqe sərgilədiyini diqqətə çatdırıb.
Mərasim zamanı Anar Bağırov vəkillik institutunun inkişafı istiqamətində görülən işlər və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı məlumat verib. Sədr xüsusilə Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu bildirib. Həmçinin Anar Bağırov qeyd edib ki, bu çərçivədə həyata keçirilən tədbirlər nəticəsində ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb.
Daha sonra Anar Bağırov “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzə ilə çıxış edib. Mühazirə zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb.
15:25 / 13 Avqust 2025
İqtisadçı Orbanın Ukraynanın bir gündə dağılması ilə bağlı dediklərini şərh edib
18
15:17 / 13 Avqust 2025
Maşın ayı balasını vurub öldürdü
20
14:47 / 13 Avqust 2025
Elza-Roza məhkəməsinin ŞOK DETALLARI: Kim qalib gəldi?
165
14:44 / 13 Avqust 2025
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
36
14:13 / 13 Avqust 2025
Fil onunla selfi çəkdirmək istəyən şəxsi tapdaladı
69
13:57 / 13 Avqust 2025
Prezident bu Nazirliyin səlahiyyətlərini artırdı
1574
13:52 / 13 Avqust 2025
İnterpolun axtardığı şəxs Türkiyədə tutuldu
31
13:45 / 13 Avqust 2025
Paşinyan Aİİ-nin tədbirinə qatılmayacaq
41
13:41 / 13 Avqust 2025
Zaxarova açıqladı: Adamişin öldü
35
13:31 / 13 Avqust 2025
Sabahın havası AÇIQLANDI
159
13:05 / 13 Avqust 2025
İlham Əliyev Fərman İMZALADI
189
13:02 / 13 Avqust 2025
Kanada ukraynalıları İranın vurulan təyyarəsinin pulunu ödəməyə məcbur edir
133
12:59 / 13 Avqust 2025
Estoniya rusiyalı diplomatı ölkədən çıxarır
48
12:40 / 13 Avqust 2025
Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb — Bakıda qandonduran CİNAYƏT (VİDEO)
1209
12:34 / 13 Avqust 2025
Balıkəsirdə zəlzələdə uçan binanın sahibi həbs edilib
35
12:28 / 13 Avqust 2025
Tramp-Putin görüşündə əlavə kim olacaq?
138
12:27 / 13 Avqust 2025
Evdən 6 min manat oğurlanıb
44
12:11 / 13 Avqust 2025
Peyk görüntüləri YAYILDI - Putinin iqamətgahı BELƏ QORUNUR
415
12:07 / 13 Avqust 2025
Pensiyalar verildi
50
11:46 / 13 Avqust 2025
Filippo: Tramp Putinlə görüşdən əvvəl AB-nin Ukrayna ilə bağlı planını məhv etdi
44
11:40 / 13 Avqust 2025
Sentyabr ayında bu bürclər varlanacaq
449
11:37 / 13 Avqust 2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
48
11:35 / 13 Avqust 2025
Çin Aİ-nin sanksiyalarına cavab verib
47
11:31 / 13 Avqust 2025
ABŞ Rusiyaya hava şarı göndərdi
46
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.