Qaynar xətt:

(+99450) 247 90 86

Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA

Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA

HÜQUQ

45

16.11.2026, 23:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bağışlama, yoxsa vəsiyyətnamə? Evinizi övladınıza hansı yolla vermək daha məqsədəuyğundur?

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,valideynlər övladlarına ev miras qoymaq istədikdə çox vaxt bu iki hüquqi variant arasında seçim edirlər. Lakin onların hüquqi nəticələri bir-birindən ciddi şəkildə fərqlənir.

Bağışlama müqaviləsi: Ev övladınıza bağışlandıqdan və mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra mənzil artıq onun mülkiyyətinə keçir. Siz həmin əmlak üzərində əvvəlki mülkiyyətçi kimi sərəncam verə bilmirsiniz.

 Vəsiyyətnamə: Evinizi vəsiyyət etdikdə, sağlığınız müddətində mənzil öz mülkiyyətinizdə qalır. Onu sata, bağışlaya və ya başqa şəkildə sərəncam verə bilərsiniz. Həmçinin vəsiyyətnaməni istənilən vaxt dəyişdirə və ya ləğv edə bilərsiniz.

Vacib məqam: Vəsiyyətnamə olduqda belə, qanunla məcburi pay hüququ olan vərəsələrin hüquqları nəzərə alınmalıdır. Onların məcburi payı vəsiyyətnamənin məzmunundan asılı olmayaraq yarana bilər.

Bağışlama müqaviləsinin ləğvi də vəsiyyətnamənin ləğvindən fərqlənir və yalnız qanunla nəzərdə tutulmuş əsaslar olduqda mümkündür.

Nəticə: Evinizi övladınıza verməzdən əvvəl hər iki variantın üstünlüklərini, hüquqi nəticələrini və gələcəkdə yarana biləcək risklərini nəzərə alın.

Jalə