Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
06 İyun 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
640
28.04.2025, 14:51
Bu ilin 20-28 aprel tarixlərində “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə Çin Prokurorluğunun təşkil etdiyi təlimdə iştirak etmək üçün Baş Prokurorluğun nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Rail Bayramlı, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini-Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini Rüstəm Ələsgərov və digərlərindən ibarət nümayəndə heyəti təmsil edib.
Çinin Tianjin vilayətinin prokuroru Fenq Çau nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, ötən ilin sentyabr ayında Bakıya səfəri və iştirakçısı olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının möhtəşəm təşkil edildiyini qeyd edib.
Rail Bayramlı yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin salamlarını Tianjinin prokuroruna çatdırıb, ölkələrimiz arasındakı sıx münasibətlərin təzahürü olaraq müxtəlif səviyyələrdə intensiv qarşılıqlı səfərlərin baş tutduğunu bildirib.
Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Təlim çərçivəsində Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, Mətbuat Xidmətinin prokuroru Suad Qəhrəmanova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı Baş Prokurorluğun struktur qurumlarına dair təqdimatla çıxışlar edərək, prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması və cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahələrində mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirin sonunda təlimi uğurlu şəkildə başa vurmuş prokurorlar müvafiq sertifikatlarla mükafatlandırılıb.
23:18 / 06 İyun 2026
93
22:27 / 06 İyun 2026
101
21:39 / 06 İyun 2026
112
21:39 / 06 İyun 2026
101
21:26 / 06 İyun 2026
118
21:09 / 06 İyun 2026
138
20:09 / 06 İyun 2026
174
19:55 / 06 İyun 2026
127
19:37 / 06 İyun 2026
1598
19:35 / 06 İyun 2026
170
19:32 / 06 İyun 2026
621
19:29 / 06 İyun 2026
166
19:10 / 06 İyun 2026
1047
19:09 / 06 İyun 2026
130
19:03 / 06 İyun 2026
336
18:57 / 06 İyun 2026
140
18:40 / 06 İyun 2026
147
18:22 / 06 İyun 2026
145
17:54 / 06 İyun 2026
116
15:08 / 06 İyun 2026
153
15:05 / 06 İyun 2026
169
14:50 / 06 İyun 2026
319
14:44 / 06 İyun 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.