Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
595
14.04.2025, 12:53
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bəzən işə götürənlərin əsassız olaraq işçiləri işdən azad etmə hallarına rast gəlirik.
Bəzi işçilər, işdən azad olunduqları gündə verilməsi nəzərdə tutulan yığılmış əmək haqqı, məzuniyyət pulu və digər ödənişlərin çatdırılmaması hallarından şikayət edirlər.
Bu vəziyyətdə işçilər işə götürənə qarşı həm vurulmuş maddi ziyan, həm də işə yenidən bərpa olunmaqla bağlı məhkəmə iddiası qaldıra bilərlər. Əgər məhkəmə iddianızı təmin edərsə, işdən azad olunduğunuz tarixdən məhkəmə qərarı çıxan günə qədər sizə ödənilməsi nəzərdə tutulan əmək haqqı da daxil olmaqla bütün ödənişlər geri alınır və siz elektron informasiya sistemində həmin müəssisədə işə bərpa olunursunuz.
Mövzu ilə bağlı Oxu24.com saytına verdiyi açıqlamada vəkil Elvin Səfərov bildirib ki,işə götürən tərəfindən qanunsuz olaraq işdən azad edilmə halları qarşısında işçilər hüquqlarını müdafiə etmək üçün məhkəmə yoluna müraciət edə bilərlər. İşdən çıxarıldığınız tarixdən məhkəmə qərarı çıxana qədər sizə ödənilməli olan əmək haqqınız və digər haqq-hesablarınız qanun çərçivəsində geri tələb oluna bilər.
“Belə hallarda işçilərin hüquqlarını müdafiə etmək və zərərsizləşdirilmə tədbirlərini həyata keçirmək vacibdir. İşçiyə verilən sənədləri dəqiqliklə yoxlayın və hüquqi məsləhət almadan heç bir addım atmamağınızı tövsiyə edirik”,-deyə vəkil bildirib.
Hazırladı: Toğrul Əhmədzadə
11:59 / 22 Avqust 2026
5
11:40 / 22 Avqust 2026
41
11:25 / 22 Avqust 2026
44
11:04 / 22 Avqust 2026
48
10:54 / 22 Avqust 2026
62
10:30 / 22 Avqust 2026
66
10:10 / 22 Avqust 2026
72
09:50 / 22 Avqust 2026
66
09:30 / 22 Avqust 2026
85
09:18 / 22 Avqust 2026
73
09:08 / 22 Avqust 2026
82
09:04 / 22 Avqust 2026
82
09:02 / 22 Avqust 2026
79
00:41 / 22 Avqust 2026
126
00:03 / 22 Avqust 2026
134
23:49 / 21 Avqust 2026
76
23:00 / 21 Avqust 2026
85
22:39 / 21 Avqust 2026
124
22:25 / 21 Avqust 2026
133
22:11 / 21 Avqust 2026
132
21:57 / 21 Avqust 2026
145
21:30 / 21 Avqust 2026
136
20:56 / 21 Avqust 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.