Qaynar xətt:

(+99450) 247 90 86

"Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır" - Dövlət başçısı

\\\"Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır\\\" - Dövlət başçısı

HƏRBİ

669

26.06.2021, 20:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


“Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına”.

OXU24.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

“Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, – biz buna nail olduq, – həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi”, – dövlət başçısı bildirib

Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

21:45 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

86

0
Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ

21:14 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ

723

0
98 il yaşayan azərbaycanlı general - Maraqlı faktlar

21:08 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

98 il yaşayan azərbaycanlı general - Maraqlı faktlar

409

0
Yarım milyon manatı vergidən yayındırma faktı üzrə məhkəmə başlayıb

21:05 / 11 Noyabr 2026

HÜQUQ HÜQUQ

Yarım milyon manatı vergidən yayındırma faktı üzrə məhkəmə başlayıb

114

0
İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA  

20:58 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA  

123

0
Rusiyada yüksək vəzifəli şəxs QƏFİL ÖLDÜ

20:49 / 11 Noyabr 2026

DÜNYA DÜNYA

Rusiyada yüksək vəzifəli şəxs QƏFİL ÖLDÜ

594

0
Fermerlər üçün tam vergi güzəşti ləğv edilir: 2027-ci ildən yeni mexanizm tətbiq olunacaq – Aqrar sektoru nə gözləyir?  

20:47 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Fermerlər üçün tam vergi güzəşti ləğv edilir: 2027-ci ildən yeni mexanizm tətbiq olunacaq – Aqrar sektoru nə gözləyir?  

107

0
Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL

20:28 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL

110

1
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb 

20:22 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb 

129

0
Paşinyan Antalyada Ərdoğan və Pezeşkianla görüşüb

20:19 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Paşinyan Antalyada Ərdoğan və Pezeşkianla görüşüb

111

0
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

20:08 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

110

0
Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq  

19:57 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq  

594

1