Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanı qarışdıran “İsgəndər” haqda bilmədiklərimiz

Ermənistanı qarışdıran “İsgəndər” haqda bilmədiklərimiz

HƏRBİ

4271

27.02.2021, 15:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbi sənayesinin ən son yeniliklərindən olan sistemlərin göstəriciləri
Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərindən Azərbaycanın işğal altında olmayan ərazisinə atdıqlarını etiraf edib.  Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın “İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə Nikol Paşinyan 1in.am-a müsahibəsində cavab verib.

“Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan ”İsgəndər"lər partlamadı, yaxud məsələn, 10 faizi partladı", - deyə baş nazir sual edib.

Paşinyanın bu açıqlaması Ermənistanın informasiya məkanında “partlayış” effekti verib. Əleyhdarları baş nazirin dolayısı ilə Rusiyanın Ermənistana vaxtı keçmiş silahları satmasını dediyini iddia ediblər. 

Ermənistanda aranı qatan “İsgəndər” raketləri Rusiya Federasiyasında istehsal olunan operativ-taktiki raket sistemidir. 2006-cı ildə istehsal edilib və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub. “İsgəndər” raketi kompleksi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks 2 raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.  Kompleks düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.

Əsasən reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriya, raket komplekslərinin, raketdən və hava hücumundan müdafiə vasitələrinin, komanda məntəqələri və rabitə qovşaqlarının, mülki infrastrukturun vacib obyektlərinin məhvi üçün nəzərdə tutulub.

Döyüş xüsusiyyətləri:

Raketin başlanğıc kütləsi: 3 800 kq

Döyüş başlığının kütləsi: 480 kq

Uzunluğu 7,2 m

Diametri 920 mm

Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s

Hədəfi vurma minimal məsafəsi: 50 km

Hədəfi vurma maksimal məsafəsi: 500/280 km

İstismar müddəti: səhra şəraitində 3 il, ümumilikdə 10 il

Ermənistan 2016-cı ilə qədər “İsgəndər” raket komplekslərinə sahib olmasını gizlətməyə çalışıb. Həmin ilin sentyabrında Yerevanda keçirilən hərbi paradda “İsgəndər” raket kompleksləri nümayiş etdirildi. Ardından Azərbaycanın İsraildən Dəmir Günbəz havadan müdafiə sistemi alması barədə məlumatlar yayılıb. O vaxt Yerevandakı paraddan sonra Azərbaycanın müdafiə naziri bəyan etmişdi ki, yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq Ermənistan ərazisindəki, hədəflərin məhv edilməsinə hazırlıq yüksək səviyyədədir. Nazir xüsusilə vurğulamışdı ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya sistemləri bu tapşırığı yerinə yetirməyə imkan verir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Digər xəbərlər

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

5

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

31

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

45

0
medialiteracy-media-gov
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

48

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

52

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

58

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

242

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

87

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

93

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

85

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

80

0