Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1927
25.02.2021, 20:49
Oxu24.com konkret.az-a istinadən, Ermənistanda elə bir vəziyyət yaranıb ki, 10 noyabr razılaşmasının altına imza atan şəxslərin hakimiyyətdə qalması artıq imkansız hala çevrilib. Bu Paşinyanın “İsgəndər” açıqlaması ilə bağlı bir məsələdir”.
Bu fikirləri açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirb ki, Rusiyanın Ermənistandakı əsas gücü hərbçilərdir. Hərbçilərlə Paşinyan arasında toqquşmalar bu səbəbdən baş verir və məqsəd Nikolun hakimiyyətdən uzaqlaşdırılmasıdır: “Nəzərə alsaq ki, Ermənistanda müxalifət və ordu 10 noyabr razılaşmasının əleyhinə çıxış edir və Dağlıq Qarabağı geri qaytarmaq haqqında fikirlər səsləndirir. Belə olan halda isə 10 noyabr razılaşmasının hüquqi tərəfləri gündəmə gəlir. Təbii ki, bu razılaşmanın hüquqi qarantı Rusiyadır. Amma müqavilənin altında Paşinyanın imzası var. Onun hakimiyyətdən getməsi və yerinə müxalifətin gəlməsi, təbii olaraq 10 noyabr razılaşmasının hüquqi qüvvədən düşməsi ilə nəticələnəcək. Çünki onlar bu razılaşmanı qəbul etməyəcəklər. Belə olan halda isə Azərbaycanın əlində, Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan 25 faiz hissəsində öz suverenliyini bərpa etmək üçün unikal imkan yaranır. Söhbət ondan gedir ki, Ermənistanda hakimiyyət dəyişsə, onlar Azərbaycana qarşı hərbi əməliyyatları bərpa edəcəklər. Bu isə Azərbaycanın əməliyyatları qaldığı yerdən başlaması və torpaqları tamamilə azad etməsi anlamına gəlir”.

Əziz Əlibəyli onu da əlavə edib ki, Paşinyan devrilsə, Vitali Balasanyan Qarabağın ermənilərin əlində olan hissəsində hakimiyyətə gətiriləcək. Ona görə də, Araik Arutyunyan hazırda Nikol Paşinyanın köməyinə gedib.
20:09 / 13 Noyabr 2026
1
20:06 / 13 Noyabr 2026
25
20:05 / 13 Noyabr 2026
35
19:58 / 13 Noyabr 2026
50
19:53 / 13 Noyabr 2026
130
19:41 / 13 Noyabr 2026
79
19:38 / 13 Noyabr 2026
399
19:35 / 13 Noyabr 2026
64
19:30 / 13 Noyabr 2026
212
19:28 / 13 Noyabr 2026
55
19:23 / 13 Noyabr 2026
75
19:05 / 13 Noyabr 2026
74
18:59 / 13 Noyabr 2026
79
18:59 / 13 Noyabr 2026
87
18:50 / 13 Noyabr 2026
86
18:38 / 13 Noyabr 2026
101
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
91
18:15 / 13 Noyabr 2026
103
18:04 / 13 Noyabr 2026
342
17:59 / 13 Noyabr 2026
110
17:46 / 13 Noyabr 2026
117
17:30 / 13 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.