Ali təhsillilər üçün əsgərlik qaydaları dəyişdi
17 Fevral 2026, 20:29
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
7062
19.05.2020, 13:06
Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçənin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.
Oxu24.com -un məlumatına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, Yevlaxda həmin məhəllədə bir qrup sakin karantin rejiminin tətbiqinə etiraz olaraq toplaşıblar:
“Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Belə ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.
Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb.
Həmçinin oxuyun
Testin cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək. Məhəllədə yaşayan insanlar bəziləri karantin rejimin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb.
Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar”.
Günün təklif olunan videosu:
11:03 / 18 Fevral 2026
1
10:58 / 18 Fevral 2026
14
10:55 / 18 Fevral 2026
22
10:48 / 18 Fevral 2026
36
10:33 / 18 Fevral 2026
33
10:24 / 18 Fevral 2026
433
10:20 / 18 Fevral 2026
38
10:16 / 18 Fevral 2026
32
09:56 / 18 Fevral 2026
50
09:00 / 18 Fevral 2026
122
08:58 / 18 Fevral 2026
83
02:13 / 18 Fevral 2026
165
23:51 / 17 Fevral 2026
220
23:36 / 17 Fevral 2026
271
23:30 / 17 Fevral 2026
213
23:13 / 17 Fevral 2026
100
23:10 / 17 Fevral 2026
149
23:10 / 17 Fevral 2026
92
23:03 / 17 Fevral 2026
104
23:00 / 17 Fevral 2026
109
22:56 / 17 Fevral 2026
106
22:52 / 17 Fevral 2026
555
22:39 / 17 Fevral 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.