Azərbaycan müharibənin ilk günündə bu taktikadan istifadə edibmiş... — İLGİNC AÇIQLAMA
28 Sentyabr 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1064
15.05.2026, 17:00
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, peşəkar ordu modelinə keçid istiqamətində atılan addımlar fonunda orta təhsilli şəxslərin də qısa müddətdə xidmət keçməsi məsələsi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, xidmət müddətinin azaldılması ilə yanaşı, məktəblərdə çağırışaqədərki hərbi hazırlığın da gücləndirilməsi vacibdir.
Bəs orta təhsilli şəxslər gələcəkdə 1 il hərbi xidmət keçə biləcəklərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətlə bağlı müxtəlif təkliflər səsləndirilsə də, bu istiqamətdə nə qanunverici orqanların, nə də güc strukturlarının nümayəndələri ciddi münasibət bildirirlər.
Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi xidmət müddətinin azaldılmasına ehtiyac var:
“Biz peşəkar orduya keçid edirik. Bu baxımdan hərbi xidmət müddətinin də azaldılması vacibdir. Hazırda orta təhsilli şəxslər 1 il 6 ay xidmət edirlər. Hesab edirəm ki, 1 il kifayət qədər normal müddətdir. Hətta gələcəkdə bunu 9 aya endirmək də mümkündür. Amma bunun üçün müəyyən zaman lazımdır”.
Üzeyir Cəfərov qeyd edib ki, orta təhsilli şəxslərin 1 il xidmət keçməsi gələcəkdə reallaşa bilər.
“Bu dəyişikliklə paralel olaraq məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyəti də artırılmalıdır. Orta məktəblərdə, liseylərdə və texniki peşə məktəblərində hərbi hazırlıq dərsləri gücləndirilməli, şagirdlər əyani vəsaitlərlə təmin olunmalıdır.
Təklif edirəm ki, Elm və Təhsil Nazirliyinin xətti ilə ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərsinlər. Gənclərə çağırışa qədər ilkin hərbi biliklər və praktiki hazırlıq keçirilməlidir”.
Hərbi ekspertin fikrincə, gələcəkdə Azərbaycanda orta təhsilli şəxslərin 1 illik hərbi xidmət sisteminə keçid mümkündür və ölkə gec-tez bu məsələyə qayıdacaq.
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
190
23:52 / 28 Sentyabr 2026
87
23:19 / 28 Sentyabr 2026
92
23:06 / 28 Sentyabr 2026
191
23:02 / 28 Sentyabr 2026
1619
22:58 / 28 Sentyabr 2026
87
22:51 / 28 Sentyabr 2026
68
22:40 / 28 Sentyabr 2026
1103
22:35 / 28 Sentyabr 2026
278
22:34 / 28 Sentyabr 2026
229
22:28 / 28 Sentyabr 2026
184
22:24 / 28 Sentyabr 2026
88
22:15 / 28 Sentyabr 2026
70
21:56 / 28 Sentyabr 2026
86
21:55 / 28 Sentyabr 2026
109
21:51 / 28 Sentyabr 2026
76
21:48 / 28 Sentyabr 2026
87
21:40 / 28 Sentyabr 2026
2400
21:36 / 28 Sentyabr 2026
74
21:33 / 28 Sentyabr 2026
75
21:31 / 28 Sentyabr 2026
78
21:13 / 28 Sentyabr 2026
148
21:06 / 28 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.