Azərbaycanın hərbi gücü nə qədərdir? - Ekspert ŞƏRH EDİR
01 Oktyabr 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
862
23.02.2026, 11:06
Azərbaycanda hərbi xidmətə könüllü daxil ola və ya qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir.
Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.
Qüvvədə olan qanuna əsasən isə əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilirdilər.
Əsasnaməyə əlavə edilməsi təklif olunan qeyd hissədə isə vurğulanır ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılacaq.
"Qeyd"də bildirilir ki, Azərbaycanın hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu maddənin birinci hissəsinin "q" bəndində göstərilən vətəndaşlar (hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar) birbaşa kadr zabit heyətinə keçiriləcəklər.
00:03 / 02 Oktyabr 2026
35
23:54 / 01 Oktyabr 2026
43
23:41 / 01 Oktyabr 2026
47
23:12 / 01 Oktyabr 2026
53
23:00 / 01 Oktyabr 2026
79
22:53 / 01 Oktyabr 2026
57
22:52 / 01 Oktyabr 2026
59
22:50 / 01 Oktyabr 2026
93
22:42 / 01 Oktyabr 2026
55
22:31 / 01 Oktyabr 2026
64
22:24 / 01 Oktyabr 2026
104
22:18 / 01 Oktyabr 2026
168
22:07 / 01 Oktyabr 2026
74
21:42 / 01 Oktyabr 2026
68
21:41 / 01 Oktyabr 2026
86
21:31 / 01 Oktyabr 2026
71
21:29 / 01 Oktyabr 2026
76
21:26 / 01 Oktyabr 2026
156
21:25 / 01 Oktyabr 2026
60
21:19 / 01 Oktyabr 2026
70
21:15 / 01 Oktyabr 2026
64
21:08 / 01 Oktyabr 2026
64
20:59 / 01 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.