Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR
03 Oktyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
6329
29.07.2021, 09:51
Müdafiiə Nazirliyinin hərbi hissələrində zabit vəzifələrdə həqiqi hərbi xidmət keçmək istəyən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar avqustun 9-dan 30-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Oxu24.com xəbər verir ki, "Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət edən vətəndaşlar AO TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.
Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 1 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) – 1 ədəd;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 1 ədəd;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 ədəd.
Məhkumluğu olan hərbi vəzifəlilərin "Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi)
Telefon: (012) 538-85-62
Müraciət etmə vaxtı: 2021-ci il avqustun 9-dan 30-dək hər gün (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək.
14:51 / 11 Noyabr 2026
1
14:43 / 11 Noyabr 2026
39
14:39 / 11 Noyabr 2026
38
14:36 / 11 Noyabr 2026
41
14:26 / 11 Noyabr 2026
125
14:13 / 11 Noyabr 2026
243
13:58 / 11 Noyabr 2026
171
13:54 / 11 Noyabr 2026
436
13:48 / 11 Noyabr 2026
116
13:44 / 11 Noyabr 2026
159
13:41 / 11 Noyabr 2026
88
13:33 / 11 Noyabr 2026
221
13:27 / 11 Noyabr 2026
141
13:19 / 11 Noyabr 2026
88
13:13 / 11 Noyabr 2026
99
12:57 / 11 Noyabr 2026
157
12:54 / 11 Noyabr 2026
157
12:48 / 11 Noyabr 2026
118
12:44 / 11 Noyabr 2026
175
12:35 / 11 Noyabr 2026
302
12:32 / 11 Noyabr 2026
124
12:29 / 11 Noyabr 2026
103
12:24 / 11 Noyabr 2026
854
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.