Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70817
az

Məktəbli qızlar 11 yaşlı qızı vəhşicəsinə döyərək təqaüdçü ilə cinsi əlaqəyə girməyə məcbur etdilər

13:5415 İyun, 2022
193
  • A
Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində yeniyetmələr 11 yaşlı qızı vəhşicəsinə döyüblər. Daha sonra zərərçəkmiş 68 yaşlı təqaüdçü tərəfindən zorlamanın qurbanı olub.
 
OXU24.COM Rusiya mətbuatına istinadən bildirir ki, yeniyetmələrin bütün vəhşilikləri mobil telefonla lentə alınıb.
 
Dəhşətli hadisə iyunun 3-də baş verib. İki məktəbli qız hiyləgərcəsinə qurbanı dayanacaqda saxlayıb, onu döyməyə başlayıblar: yeniyetmənin qarnına vurub, saçını dartıblar. Onlar baş verən hər şeyi telefonla çəkib qızın dostlarına göndəriblər. Zərərçəkənin kiçik qardaşı döyülməni dayandırmağa çalışsa da, qüvvələr bərabər olmayıb.
 
11 yaşlı qız daha sonra zorlanıb və bu barədə yerli sakinlərə danışıb. Onun sözlərinə görə, 68 yaşlı təqaüdçü onu hədə-qorxu ilə "seksual xarakterli digər hərəkətlər" etməyə məcbur edib. Onu döyən yeniyetmələr isə uşağın zorakılığını videoya çəkərək görüntüləri dostlarına göndəriblər. Məlumata görə, 68 yaşlı kişi 3 gün sonra saxlanılıb. Yerli müstəntiqlər araşdırma aparır.
 
"Yoxlama işlərinə ərazi polis idarəsinin polis bölməsinin əməkdaşları da qoşulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlılar arasında əlaqə qurur, bu kimi qanunsuz əməllərə cəlb oluna biləcək vətəndaşların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı hərtərəfli araşdırma aparılır", - rayon Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldatdı